Müharibə meydanına atılan ÖLKƏLƏR, Sarkisyandan QARABAĞ ETİRAFI, … - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Müharibə meydanına atılan ÖLKƏLƏR, Sarkisyandan QARABAĞ ETİRAFI, … - GÜNÜN SİYASİ XÜLASƏSİ

Azərbaycanın Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqləyib. Serj Sərkisyan Ermənistanın yeni baş naziri seçilib. Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı paytaxt İrəvanda keçirilən aksiyalarla əlaqədar vəziyyət gərgin olaraq qalır. "Böyük yeddilik" ölkələri Rusiyanı "Skripal işi" üzrə məsuliyyət daşımağa çağırıblar. Vladimir Putin və Donald Tramp üçüncü ölkədə görüşə bilər.

Azərbaycanın Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqləyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Yenidən Azərbaycan Prezidenti seçilmiş İlham Əliyevin andiçmə mərasimi aprelin 18-də keçiriləcək. Bunu Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov qeyd edib ki, Konstitusiyanın tələblərinə əsasən, Prezidenin andiçmə mərasimindən sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti istefa verir:

"Bundan sonra Nazirlər Kabinetinin formalaşdırılması Konstitusiya üzrə Prezidentin üzərinə qoyulmuş vəzifədir. Prezident öz istəyinə və görüşlərinə uyğun şəkildə bu vəzifəni icra edəcək və Konstitusiyaya müvafiq olaraq yeni Nazirlər Kabinetini formalaşdıracaq".

Serj Sərkisyanın Ermənistanın yeni baş naziri seçilib. Parlamentdə keçirilən səsvermədə 77 deputat onun lehinə, 17-si isə əleyhinə səs verib.

Səsvermədən əvvəl Serj Sarkisyan Ermənistan parlamentində deputatların suallarına cavab verib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Aprel müharibəsi bizim üçün gözlənilməz idi”. Bu barədə Serj Sarkisyan Ermənistan parlamentinin baş nazirin seçilməsi ilə bağlı bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

O, aprel müharibəsinin Ermənistan üçün böyük dərs olduğunu vurğulayıb.

“Bu, Azərbaycanın Qarabağı azad etmək üçün güc variantına əl atmaqdan çəkinməyəcəyini göstərdi. Bununla yanaşı, biz ordunun zəif olduğunu da gördük. Ordunu gücləndirməliyik”, - deyə Sarkisyan etiraf edib.

Serj Sərkisyan deyib ki, miqrasiya Ermənistanın ağrılı yarasıdır.

“Emiqrasiya təkcə Ermənistana aid deyil. Sadəcə olaraq, biz azıq və buna görə çox ağrılıdır. Digər tərəfdən, bizim potensialımız öz sərhədlərimizin təhlükəsizliyini təmin edə bilməyəcəyimiz səviyyəyə qədər azala bilər. Miqrasiyanın qarşısını bütün vətəndaşlarımızın rifah şəraitində yaşamasını təmin edəcək səviyyəyə çata bilmədiyimizə görə ala bilmirik”, – deyə o bildirib.

Müxalif Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bahçeli Türkiyədə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsini təklif edir. D.Bahçeli növbədənkənar seçkilərin bu il avqustun 26-da keçirilməli olduğunu bildirib.

O vurğulayıb ki, regiondakı siyasi vəziyyəti nəzərə alaraq Türkiyədə seçkilərin keçirilməsini gecikdirmək olmaz.

Qeyd edək ki, 2019-cu ildə Türkiyədə prezident, parlament və bələdiyyə seçkiləri keçiriləcək.

ABŞ-ın prezidenti Donald Trampın administrasiyası ölkənin şimal-şərqində vəziyyətin sabitləşməsi üçün Amerika hərbi kontingentini ərəb ölkələrindən olan hərbi qulluqçularla əvəz etməyi planlaşdırır. Bu haqda Amerika məmurlarına istinadən “Wall Street Journal” qəzeti bildirib.

Nəşrin mənbələrinin məlumatına görə, ABŞ prezidentinin milli təhlükəsizliyi üzrə məsləhətçi Con Bolton yaxın vaxtlarda Misirin Ümumi Kəşfiyyat Xidmətinin başçısının vəzifələrini icra edən general Abbas Kamelə zəng edib və Qahirənin sözügedən planın reallaşdırılmasında kömək göstərib-göstərməyəcəyi ilə maraqlanıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) və Böyük Britaniyanın Milli Təhlükəsizlik Nazirliyinin Kibertəhlükəsizlik üzrə Milli Mərkəzi (NCSC) birgə bəyanat dərc edib. Bəyanatda Rusiya hakimiyyəti kiberaktivlik nümayiş etdirməkdə ittiham edilir.

Bəyanata görə, Rusiya hakerlərinin əsas hədəfi hər şeydən əvvəl, hökumət və şəxsi təşkilatlar, kritik əhəmiyyətli infrastrukturlar və internet-xidmətlərinin təchizatlarıdır. Xüsusi halda, qeyd edilir ki, kiberhücumlar bütün dünyada şəbəkə infrastruktur qurğularına edilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya Qərbin Suriyaya zərbə endirməsindən sonra cavab həmləsi olaraq növbəti kiberhücuma hazırlaşır. ABŞ və Britaniyada bir sıra rəsmi şəxslər Rusiyanın kiberhücuma hazırlaşdığını, dövlət qurumları, hətta fərdi evlərə qədər bir çox kritik nöqtəyə hücum təşkil olunacağını açıqlayıb.

Rus hakerlərin bütün dünyada milyonlarla kompüterə giriş əldə etməyi planlaşdırdığı, ruter (yönləndirici), açar və təhlükəsizlik sədlərini aşaraq sistemləri müdafiəsiz qoymağa çalışdığı bildirilir. Rusiyanın sadəcə sistemləri iflic etmək üçün deyil, eyni zamanda yaxın gələcəkdə təşkil olunacaq hücumlar üçün kompüterləri “zombi”yə çevirdiyi və həmin hücum zamanı bu kompüterlərdən də istifadə edəcəyi qeyd olunur.

"Böyük yeddilik" ölkələri Rusiyanı "Skripal işi" üzrə məsuliyyət daşımağa çağırıblar. Bu barədə Kanada xarici işlər nazirinin yaydığı bəyanatda bildirilir.

"Biz Böyük Britaniyanın qiymətləndirmələrini bölüşürük və onunla razılaşırıq: - çox ehtimal ki, Rusiya bu hücuma görə məsuliyyət daşıyır və bunun ehtimal olunan alternativ izahatı yoxdur", - deyə bəyanatda bildirilir.

G7 ölkələri həmçinin bildiriblər ki, qaydalara əsaslanaraq, Rusiyanı beynəlxalq sistemə qaytarmaq üçün bu ölkə ilə əməkdaşlıq edəcəklər.

Rusiyanın Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və qızı Yuliya martın 4-də Solsberidə zəhərləniblər. Böyük Britaniyanın baş naziri Tereza Mey Rusiyanı onların zəhərlənməsində ittiham edib və Sergey və Yuliyaya bu ölkədə hazırlanmış zəhərlə qəsd edildiyini bildirib.

Yuliya Skripal artıq özünə gəlib. Sergey Skripalın da səhhəti yaxşılaşmaqdadır. O, kritik vəziyyətdən çıxıb.

Rusiya və ABŞ prezidentləri - Vladimir Putin və Donald Tramp ehtiyac yaranacağı halda, üçüncü ölkədə görüşə bilər. Bu haqda Rusiyadakı diplomatik mənbə “RİA-Novosti” agentliyinə bildirib.

Agentliyin həmsöhbətinin sözlərinə görə, liderlərin görüşünün heç bir konkret planı yoxdur. Martın sonunda Tramp Putinlə telefon söhbəti zamanı bildirib ki, problemli sualların sayı onların şəxsi görüşünə ehtiyacı diktə edir. Ağ Evdən bildiriblər ki, Amerika lideri danışıqların keçirilməsi üçün bir neçə mümkün yer təklif edib.

Ötən həftə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, hələlik görüş haqqında hər hansı dəqiq razılıq yoxdur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm