Nida Təhlil
Üç ölkə ilə SAVAŞ, ərazilərin qaytarılması üçün PLAN… – GÜNÜN SİYASİ XÜLASƏSİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib. “Global Firepower Index” (Hərbi Gücün Qlobal İndeksi) beynəlxalq təşkilatı növbəti dəfə dünyanın ən güclü ordularının reytinqini hazırlayıb. Ermənistanda Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı keçirilən etiraz aksiyaları ilə əlaqədar vəziyyət gərgin olaraq qalır. Ukrayna ilə ABŞ rəsmiləri Krım və Donbasın Kiyevin nəzarətinə qaytarılması planını müzakirə ediblər. MKİ-nin sabiq direktoru Maykl Pompeo aprelin əvvəlində Şimali Koreya lideri Kim Çen Inla görüşmək üçün Koreya Xalq Demokratik Respublikasına (KXDR) gizli səfər edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 18-də Milli Məclisdə andiçmə mərasimi keçirilib. Ermənistanda Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı keçirilən etiraz aksiyaları ilə əlaqədar vəziyyət gərgin olaraq qalır.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
“Global Firepower Index” (Hərbi Gücün Qlobal İndeksi) beynəlxalq təşkilatı növbəti dəfə dünyanın ən güclü ordularının reytinqini hazırlayıb. 136 ölkənin yer aldığı siyahıda Azərbaycan ordusu 53-cü yeri tutub.
Cənubi Qafqazda Azərbaycana qonşu olan ölkələr – Gürcüstan və Ermənistan yanaşı pillələrdə yerləşirlər. Gürcüstan 82, Ermənistan isə 84-cü yerdədir.
Reytinqə ABŞ, Rusiya və Çin liderlik edir. İlk onluğu Hindistan, Fransa, Böyük Britaniya, Cənubi Koreya, Yaponiya, Türkiyə və Almaniya tamamlayır.
Reytinq siyahısının hazırlanmasında 55 amil nəzərə alınıb. Bunlar dövlətin adi silahlanması, eləcə də iqtisadi gücü, sərhədinin ölçüsü, özünütəmin etmək qabiliyyəti (neft kimi təbii ehtiyatlar), su mənbələrinə çıxış və s. kimi digər amillərdir.
Ermənistanda Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı keçirilən etiraz aksiyaları ilə əlaqədar vəziyyət gərgin olaraq qalır. “Mənim addımım” təşəbbüsünün lideri, Vətəndaş müqaviləsi” Partiyasının lideri, “Yelk” parlament fraksiyasının deputatı Nikol Paşinyanın rəhbərlik etdiyi nümayişçilər Baqramyan prospektində Ermənistan baş naziri Serj Sərkisyanın iqamətgahını və İrəvan meriyasının binasını mühasirəyə alıblar.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Ermənistan paytaxtında günlərdir küçələrə faktiki nəzarət edən etirazçıların məqsədi hakimiyyəti və əlbətdə ki, ölkənin xarici siyasət kursunu dəyişdirməkdir. Bu da öz növbəsində "rəngli inqilab"a aparır. Bunu müxalif deputat Nikol Paşinyanın tərəfdarlarının Serj Sərkisyanın baş nazir seçilməsinə etiraz olaraq İrəvanda başlayan, ölkənin digər bölgələrinə də yayılan güclü etiraz hərəkatını şərh edən erməni hərbi ekspert Ayk Nahapetyan deyib.
Hərbi ekspert bildirib ki, əgər ciddi çaxnaşmalar olarsa Azərbaycan bundan dərhal istifadə edəcək.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Türkiyədə növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu haqda ölkə prezident Rəcəb Tayyib Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının sədri (MHP) Dövlət Baxçalı ilə görüşdən sonra bildirib.
O, seçkilərin 2018-ci il iyunun 24-də keçiriləcəyini açıqlayıb.
Qeyd edək ki, daha əvvəl MHP sədri 2018-ci il avqustun 26-da növbədənkənar seçkilərin keçirilməsini təklif etmişdi. Seçkilərin 2019-cu il noyabrın 3-də keçirilməsi planlaşdırılırdı.
Türkiyə və Rusiya arasında Suriya böhranı ilə əlaqəli hərbi müqavilələr narahatlıq yaradır. Bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Vess Mitçel söyləyib.
Mitçel onu da qeyd edib ki, Türkiyə Rusiyadan S-400 raket əleyhinə müdafiə sistemləri alarsa, Ankaraya sanksiya tətbiq ediləcək.
ABŞ hökuməti Suriyada işğal altında saxladığı Fərat çayının şərqindəki bölgədə BƏƏ və Səudiyyə Ərəbistanının maddi dəstək verəcəyi bir ordu yerləşdirmək niyyətindədir. Plana görə, Misir ordusu da bu orduya dəstək verəcək.
Suriyadakı əsgərlərini geri çəkəcəyini açıqlayan ABŞ-ın bu qərarının arxasında yatan gizli planları bir-bir gün üzünə çıxır. ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) fevral ayında Konqresə təklif etdiyi 2019-cu il büdcə planında PKK/PYD terror təşkilatı üçün tələb etdiyi 300 milyon dollarlıq yardım tələbinin detallarının bilinməsindən sonra ABŞ-ın Şərqdə yeni ordu quracağı məlum olub.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
ABŞ Suriyaya görə Moskva barəsində yeni sanksiyaları tətbiq etmək fikrindən daşınıb. Bu haqda “İnterfaks” agentliyi Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən bildirib.
Mənbələrə görə, ABŞ hakimiyyəti Vaşinqtondakı səfirlik vasitəsilə Rusiya tərəfinə bu barədə xəbərdarlıq edib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının ekspertləri Şərqi Qutada kimyəvi hücumla bağlı həqiqətlərin araşdırılması üçün sakit şəkildə işə başlaya bilərlər. Bu barədə Federasiya Şurasının vitse-spikeri Andrey Turçak deyib.
Onun sözlərinə görə, hazırda ərazidə ekspertlərin sakit şəkildə iş aparması üçün bütün şərtlər təmin olunub.
Qeyd edək ki, ABŞ daha əvvəl Rusiya və Suriyanı təşkilatın ekspertlərini kimyəvi hücumun həyata keçirildiyi iddia olunan əraziyə buraxmamaqda ittiham edirdi.
Ukrayna ilə ABŞ rəsmiləri Krım və Donbasın Kiyevin nəzarətinə qaytarılması planını müzakirə ediblər. Plan Ukraynanın daxili işlər naziri Arsen Avakovla ABŞ-ın dövlət katibinin müavini Uess Mitçelin görüşündə müzakirə olunub.
Tərəflər planın həyata keçirilməsi istiqamətində atılacaq addımlar barədə fikirlərini ifadə ediblər. Görüşdə həmçinin, Krım və Donbasda təhlükə yaradan mövcud mütəşəkkil cinayətkarlıq, eləcə də kriminal qruplaşmalara qarşı mübarizə yolları barədə fikir mübadiləsi aparıblar.
ABŞ-ın dövlət katibi postuna namizəd və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq direktoru Maykl Pompeo aprelin əvvəlində Şimali Koreya lideri Kim Çen Inla görüşmək üçün Koreya Xalq Demokratik Respublikasına (KXDR) gizli səfər edib. Bu haqda iki məlumatlı mənbəyə istinadən “Vaşinqton Post” qəzeti bildirib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Donald Tramp Pompeonun Kim Çeni Inla görüşdüyünü təsdiq edib. “Mayk Pompeo keçən həftə Kim Çen Inla görüşdü. Görüş çox yaxşı keçdi, yaxşı münasibətlər yarandı. Sammitin detalları işlənilir. Denuklearizasiya dünya üçün, həmçinin Şimali Koreya üçün böyük nailiyyət olacaq”, - Tramp Tvitterdə yazıb.
Ömər Dağlı
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama
-
İdman12:20
Onun ilk çılpaq fotosessiyanın pulunu Maradona ödəyib - FOTOLAR
-
İqtisadi gündəm12:05
Bayram günlərində bu şəxslərə əlavə pul veriləcək