Nida Təhlil
Bakının “Polonez” GEDİŞİ: Qarabağda savaş başlasa, rus “İskəndər”i Ermənistanı...
Belarusun Azərbaycana “Polonez” raket kompleksi satması
ilə bağlı xəbərlər yenidən gündəmə gəldi. “Kommersant” nəşri
Belarus Müdafiə Nazirliyindəki mənbələrə istinadən yazır ki, “ilk
ixrac müqaviləsinə əsasən sifarişçiyə 10 raket kompleksi
çatdırılacaq. Müqaviləyə dair hüquqi sənədlər final
mərhələsindədir, müştəri də “öz maliyyə məsələlərini həll edib başa
çatdırmaq üzrədir”.
Publika.az-ın xəbərinə görə, mənbə sifarişçini
açıqlamayıb, lakin Rusiya müdafiə sənayesinin iki top-meneceri
nəşrə müştərinin Azərbaycan olduğunu bildirib.
Azərbaycanın “Polonez” raket kompleksi alması ilə bağlı məsələ
2016-cı ilin 28-29 noyabrında Belarus prezidenti Aleksandr
Lukaşenkonun Bakıya səfəri zamanı gündəmə gəlmişdi.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Bakı “Polonez”ləri Rusiyanın Ermənistanda verdiyi (daha doğrusu,
yerləşdirdiyi) “İskəndər”lərə qarşı əldə etmək istəyirdi.
“İskəndər”lərin Ermənistan silahlı qüvvələrinin balansına
verilmədiyi, rus hərbiçilərinin nəzarətində olduğu məlumdur. O da
məlumdur ki, Moskvanın “İskəndər” gedişinin arxasında iki hədəf var
idi:
1. Həmin vaxt Ermənistanda yüksələn anti-rus
əhval-ruhiyyəsini sındırmaq.
2. Azərbaycanın “İskəndər”lər qarşısında güc
balansını bərpa etmək üçün Rusiyadan yeni silahlar alması.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Lakin Bakı “İskəndər”lərə qarşı fərqli gediş etdi: “Günbəz”
(İsrail) və “Polonez” (Belarus). Hətta müdafiə naziri Zakir Həsənov
Belarusa səfər edərək, “Polonez”lərə baxış da keçirtdi. Bu, o demək
idi ki, Belarus raketlərinin alınması daha tez reallaşdırılacaq.
Həmçinin, “Polonez”lər rusların “İskəndər”lərinə qarşı əsas rəqib
hesab olunur. (Təbii ki, İsraildən “Günbəz”lərin alınması da
gündəmdədir).
Daha sonra “Polonez” məsələsi ikinci plana keçdi və Belarusun
Azərbaycana bu raket kompleksini satmasının mümkünsüz olduğu dilə
gətirildi. Bu, Belarusla Ermənistanın rus ittifaqlarında birgə
təmsil olunması ilə də əlaqələndirildi.
“Komsomolskaya pravda Belarus” qəzetinə danışan hərbi ekspert
Aleksandr Alesinin dediyinə görə, Azərbaycana “Polonez”
raketlərinin satılmasına Ermənistan imkan verməyib.
“Biz Azərbaycana “Polonez” raket komplekslərini satmaq niyyətində
idik. Lakin Ermənistan KTMT üzvü olduğumuzu xatırladaraq buna razı
olmadı. Biz də KTMT üzrə müttəfiqimizin əleyhinə gedə bilmədik.
Nəticədə Azərbaycanla sövdələşməmiz baş tutmadı. Yəqin ki,
“Polonez”lərin ilk alıcısı Qazaxıstan olacaq”, - deyə belaruslu
ekspert bildirirdi.
Lakin doğrudanmı “aprel müharibəsi”ndə İrəvanla eyni ittifaqda
olmasına rəğmən Bakının mövqeyini açıq şəkildə müdafiə edən Minsk
“Polonez”lərin satışını Ermənistanın istəyi ilə dayandırıb?! Bu
sual kimi, onun cavabının “bəli” olması da ritorik görünür. Böyük
ehtimalla oyunun arxasında ruslar və onların bazar maraqları
dayanırdı. Və cavab olduqca sadədir: Moskva “İskəndər” gedişi ilə
Bakının rus silahını almasını istəyirdi, onun yerini başqasının
tutmasına da göz yuma bilməzdi, hətta bu, müttəfiqi olsa
belə...
Və burada 2016-cı ilin 15 dekabrında erməni hərbi birləşmələrinin
Çinari kəndi yaxınlığında təxribatı yenidən gündəmə gəlir. Həmin
hücum “aprel müharibəsi”ndə Bakıya açıq dəstək verən Qazaxıstan və
Belarusu fakt qarşısında qoymaq və rus ittifaqlarındakı fikir
ayrılığını aradan götürmək idi.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Bu hadisənin Lukaşenkonun Bakı səfərindən və “Polonez”
razılaşmasından bir ay sonra baş verməsi də təsadüf deyildi. Və iki
il sonra Azərbaycanın “Polonez” alacağı xəbərinin məhz Rusiya
nəşrində “ictimailəşdirilməsi” də diqqətçəkən detaldır.
Xəbər doğrudursa və Azərbaycan 10 ədəd “Polonez” raket
kompleksi alacaqsa...
a) Bu, hər şeydən öncə Azərbaycan rəhbərliyinin bütün oyunlara
rəğmən öz iradəsinə uyğun davranması deməkdir.
b) “İskəndər”lərə qarşı Rusiyadan yox, başqa ölkədən müdafiə
sistemləri almaq təhlükəsizliyin qarantıdır. Çünki Rusiyanın öz
“İskəndər”inə qarşı Azərbaycana davamlı müdafiə sistemi satacağına,
yaxud satacağı müdafiə sistemlərinin kodlarını əlində
saxlayamacağına heç kim zəmanət verə bilməz.
c) “Polonez”lərin alınması Ermənistanın “İskəndər” dayağının
sıradan çıxarılmasıdır.
“Polonez” raket kompleksi: hər biri 450 kiloqram
döyüş başlıqlı 8 raket daşıyır; 8 hədəfi eyni anda vura bilir,
sapma ehtimalı 20-30 metrdir; 300 kilometr məsafədə hədəfi məhv edə
bilir; hər biri 500 kiloqram döyüş başlıqlı cəmi iki raketə malik
“İskəndər”lə müqayisədə daha güclüdür.
Deməli, mümkün Qarabağ müharibəsində Ermənistanı rus “İskəndər”i
belə xilas edə bilməyəcək.
Asif Nərimanlı
-
Nida Xəbər 17:37
AMEA-nın nəzdindəki muzey nazirliyə verildi
-
Nida Xəbər 17:13
Baş nazir bu qaydaları təsdiqlədi
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı