Əliyev Qarabağla bağlı bunu edəcək: Ermənistan üçün fəlakətli PLAN AÇIQLANDI
Bizi izləyin

Nida Təhlil

Əliyev Qarabağla bağlı bunu edəcək: Ermənistan üçün fəlakətli PLAN AÇIQLANDI

İrəvanda Sarkisyanın istefasını tələb edən etirazların davam etdiyi bir vaxtda Ermənistan rəhbərliyi Bakının addımlarını diqqətlə izləyir.

Publika.az
xəbər verir ki, Ermənistanı xüsusilə Prezident İlham Əliyevin andiçmə mərasimində erməni hərbi birləşmələri tərəfindən işğal edilən tarixi Azərbaycan torpaqlarının qaytarılacağı haqda dediyi sözlər narahat edib.

Buna paralel olaraq, “Kommersant” nəşrində Azərbaycanın Belarusdan 10 ədəd “Polonez” raket kompleksi alması ilə bağlı xəbərin yayılması İrəvanda təşviş yaradıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistanda baş nazir seçilərək, hökmranlığını davam etdirən Sarkisyanın parlamentin iclasında “Azərbaycan Qarabağı güc yolu ilə azad etmək planından vaz keçməyəcək” deyərək, narahatlığını dilə gətirməsi də işğalçı ölkənin qorxularını ortaya çıxarır.

Erməni siyasi şərhçi Naira Ayrumyan Azərbaycanın Qarabağla bağlı hərəkətə keçdiyini iddia edir və bunun Ermənistan üçün ciddi nəticələrə səbəb ola biləcəyini yazır.

Onun iddiasına görə, Azərbaycan ordusunun arsenalını təkcə Rusiya yox, digər ölkələr vasitəsilə ilə zənginləşdirməyə davam edir:

“İrəvanda Sarkisyana qarşı etiraz dalğası güclənir, lakin o, güzəştə getmək niyyətində deyil. Sarkisyan hakimiyyət davası apardığı bir vaxtda, Əliyev Qarabağla bağlı böyük addım atmağa hazırlaşır”.

Rusiyalı hərbi ekspert Aleksandr Perendjiyevin dünən verdiyi açıqlama da bu kontekstdə diqqət çəkir. O, “İrəvandakı etiraz aksiyalarının Qarabağda eskalasiya riskini artırdığı” düşüncəsindədir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm