Qarabağla bağlı BÖYÜK ADDIM, Rusiyanın “QIRMIZI XƏTT”İ… GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Qarabağla bağlı BÖYÜK ADDIM, Rusiyanın “QIRMIZI XƏTT”İ… GÜNÜN SİYASİ XÜLASƏSİ

Ermənistanda Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etirazlar davam edir. Azərbaycan Prezidentinin andiçmə mərasimində nitqi ermənilərdə təşviş yaradıb. Moskva ABŞ-ı kosmosda hərbi hökmranlıq istəyi bütün bəşəriyyəti risk altında qoymaqda ittiham edib. Vladimir Putin Amerika lideri Donald Trampla görüşə hazırdır.

İrəvanda Sarkisyanın istefasını tələb edən etirazların davam etdiyi bir vaxtda Ermənistan rəhbərliyi Bakının addımlarını diqqətlə izləyir. Ermənistanı xüsusilə Prezident İlham Əliyevin andiçmə mərasimində erməni hərbi birləşmələri tərəfindən işğal edilən tarixi Azərbaycan torpaqlarının qaytarılacağı haqda dediyi sözlər narahat edib.

Erməni siyasi şərhçi Naira Ayrumyan Azərbaycanın Qarabağla bağlı hərəkətə keçdiyini iddia edir və bunun Ermənistan üçün ciddi nəticələrə səbəb ola biləcəyini yazır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı “Mənim addımım” təşəbbüsünün lideri, Vətəndaş müqaviləsi” Partiyasının lideri, “Yelk” parlament fraksiyasının deputatı Nikol Paşinyanın rəhbərliyi ilə keçirilən etiraz aksiyası davam edir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

S-400 raket sisteminin NATO-ya uyğun olmaması barədə Türkiyə ilə danışıqlar aparırıq. Bu sözləri Pentaqon sözçüsü Dana Vayt Türkiyəyə sanksiya tətbiq olunması iddiaları ilə bağlı ona ünvanlanmış suala cavab olaraq deyib.

“Amma son nəticədə türklər öz strateji maraqlarına uyğun qərar verəcəklər. Yəni bu prosesin sonunu rəsmi Ankara müəyyən edəcək”, - Vayt bildirib.

Qeyd edək ki, ABŞ Dövlət Katibliyinin sözçüsü Vess Mitçel Türkiyənin Rusiyadan S-400 raket əleyhinə müdafiə sistemləri alacağı təqdirdə Ankaraya sanksiya tətbiq ediləcəyini bildirib.

Rusiya S-400 zenit-raket komplekslərinin Türkiyəyə çatdırılması ilə bağlı ABŞ-ın mövqeyi Ankaraya qarşı şantajdır. Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov bildirib.

“Cənab Mitçell bildirib ki, S-400-ləri alarsa, Ankara sanksiyaların altına düşə bilər. Bu, şantaj cəhdidir və Amerika şirkətləri üçün vicdansız rəqabəti təmin etmək məqsədi daşıyır”, - o deyib.

Lavrovun sözlərinə görə, NATO-nun baş katibi Yens Stoltenberq bu günlərdə bildirib ki, S-400-lərin alınması haqqında qərar Türkiyənin milli qərarıdır. Rusiya xarici siyasət idarəsinin başçısı qeyd edib ki, ABŞ NATO-nun üzvü kimi kollektiv fikrə qulaq asmalıdır.

Rusiya prezidenti Vladimir Putin Amerika lideri Donald Trampla görüşə hazırdır. Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov bildirib.

“Prezident Putin belə görüşə hazırdır”, - agentlik Lavrovdan sitat gətirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya prezidenti Vladimir Putin və onun amerikalı həmkarı Donald Tramp iki ölkə arasında hərbi qarşıdurmaya yüz faiz imkan verməyəcəklər”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Hərbi qarşıdurmanın riskləri haqqında məsələyə gəlincə, yüz faiz əminəm ki, hərbçilər buna imkan verməyəcəklər. Və əlbəttə ki, prezident Putin, nə də prezident Tramp buna icazə verməyəcək. Onlar öz xalqları tərəfindən seçib və sülh üçün öz xalqları qarşısında cavab verirlər”, - o deyib.

Lavrov bildirib ki, Moskva Suriyaya zərbələrdən əvvəl Vaşinqtona "qırmızı xət"lər barədə xəbərdarlıq etmişdi: "Rusiyanın Silahlı Qüvvələrinin Baş qərargahının müdiri Valeri Gerasimov aydın şəkildə dedi ki, koalisiyanın hansısa döyüş hərəkətləri Rusiyanın hərbi qulluqçularına zərər vurarsa, onda biz sərt olacağıq və aydın cavab verəcəyik. Həm də yalnız raketlər deyil, daşıyıcıları da qanuni hədəfimiz olacaqdı. Bu, aydın və birmənalı şəkildə deyilmişdi".

ABŞ-ın kosmosda hərbi hökmranlıq istəyi bütün bəşəriyyəti risk altında qoyur. Bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.

“Onlarda təkcə kosmosda deyil, hər yerdə dominantlıq etmək qəbul olunub və bu onların doktrina sənədlərində yazılmışdır. Odur ki, burada qəribə heç bir şey yoxdur. Lakin təkrar edirəm, bu məntiqin kosmik müstəviyə köçürülməsi bütün bəşəriyyət üçün çox ciddi risk olacaq”, - Lavrov bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm