Nida Təhlil
Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nə planlaşdırır?
Ermənistanın yeni baş naziri Nikol Paşinyanın
Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə ilk səfəri
zamanı verdiyi bəyanatların yaratdığı fon Ermənistanın ekspert və
ictimai-siyasi mühitində bəzi məsələləri arxa plana
keçirib.
Ekspert mühiti N.Paşinyanı 7 rayonun Azərbaycana qaytaracaq lider
kimi qəbul edirdi. İctimai-siyasi mühit, eləcə də xalqın böyük
əksəriyyəti təhtəlşüurda 7 rayonun Azərbaycana qaytarılmasına
çoxdan hazırdır. N.Paşinyanın mitinqlərinin gur olmasının əsas
səbəblərindən biri də budur. İrəvan ermənilərinin böyük bir qismi
hətta Dağlıq Qarabağın Azərbaycana qaytarılmasının
tərəfdarıdır.
N.Paşinyanın ermənilərin qulaqlarının alışdığı fikirləri Dağlıq
Qarabağda təkrarlaması ekspert mühitində canlanma yaratdı. Özünü
aldatmağı xoşlayan ekspert mühiti N.Paşinyanın səsləndirdiyi
fikirlərdə bəzi tonallıqları görmək istəmədilər. Onun səsləndirdiyi
fikirlərdən bəziləri sensasiyadır: N.Paşinyan Azərbaycanla
danışıqları yalnız Ermənistanın adından aparacağını bildirdi.
N.Paşinyanın fikrincə, Dağlıq Qarabağ da danışıqlar prosesinə
ayrıca qoşulmalıdır. Əslində N.Paşinyanın belə mövqeyi Dağlıq
Qarabağ tənzimlənməsində Azərbaycanın rəsmi doktrinasına tam
uyğundur: Azərbaycan üçün Dağlıq Qarabağ münaqişəsinin adı
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir. Rəsmi Bakının
fikrincə, ermənilərlə azərbaycanlılar arasında münaqişə 2 tərkib
hissəsinə malikdir:
1. Ermənistanla Azərbaycan arasında tarixdən qaynaqlanan
problemlər. Bura Zəngəzur, İrəvan, Göyçə və digər ərazilərin
hissə-hissə Azərbaycana qaytarılması, 1987-ci ildən başlayaraq
Ermənistan SSR-dən qovulmuş azərbaycanlıların Ermənistan
Respublikasına qaytarılması və buna müvafiq olaraq Azərbaycan
SSR-ni tərk etmiş ermənilərin Azərbaycan Respublikasına qayıtmasına
şərait yaratmaq.
2. Dağlıq Qarabağ probleminin həlli. İlkin mərhələdə 7 rayonun
Azərbaycanın nəzarətinə qaytarılması. Sonra isə tədricən Dağlıq
Qarabağın Azərbaycanın tərkibinə qaytarılması. Dağlıq Qarabağdakı
ermənilər 1923-cü ildə olduğu kimi yenidən Azərbaycanın tərkibində
qalmağı seçə bilərlər.
N.Paşinyan özünün mərhələli həll variantını təklif edir: Əvvəlcə
Ermənistan-Azərbaycan münasibətləri normallaşdırılır. Bu mümkündür.
İlkin şərt olaraq Ermənistan Dağlıq Qarabağ da daxil olmaqla bütün
işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarır və bundan sonra
nəqliyyat əlaqələri, investisiya, birgə iqtisadi layihələr və
regional layihələrə qoşulmaq məsələlərinin müzakirəsi başlayır.
Qısa müddət ərzində müzakirələr bitir və əməli fəaliyyət
başlayır.
N.Paşinyanın yaratdığı hərəkat və baş nazir təyin olunması Dağlıq
Qarabağ tənzimlənməsində aktivlik yaratdı. Bax burada N.Paşinyan
Serj Sərkisyanın tam tərsinə hərəkət etdi. Serj Sərkisyanın bütün
fəaliyyəti Dağlıq Qarabağ tənzimlənməsi ilə əlaqəli prosesləri
tormozlamaq idi. İmitasiya edirdi. Aİ, ABŞ və RF-də müəyyən ümidlər
yaratdı. Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə
yüksək təmsilçisi F.Moqerininin N.Paşinyana təbrik müraciətində
Dağlıq Qarabağ tənzimlənməsinin Aİ üçün bir nömrəli tapşırıq
adlandırması təsadüfi deyil. N.Paşinyan görünür, təkcə aktivlik və
ümid deyil, həm də iştah yarada bilib.
Publika.az
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO