Ermənistandan Bakıya Qarabağ ŞƏRTİ: İrəvanın Vyana OYUNU
Bizi izləyin

Nida Təhlil

Ermənistandan Bakıya Qarabağ ŞƏRTİ: İrəvanın Vyana OYUNU

İrəvan Dağlıq Qarabağla bağlı Bakıya qarşı tələb irəli sürüb. Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bildirib ki, onlar “ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində və həmsədr ölkələrin təklifləri əsasında Dağlıq Qarabağ probleminin sülh yolu ilə nizamlanması kursuna sadiq qalır. Bunun üçün 2016-ci il aprel döyüşlərindən sonra əldə olunmuş razılaşmaları həyata keçirmək lazımdır”.

Publika.az
xəbər verir ki, 2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun işğal altındakı ərazilərin bir qisminin azad edilməsi ilə nəticələnən uğurlu əks-hücum əməliyyatından sonra Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı iki görüş keçirildi: Vyana (16 may) və Sankt-Peterburq (20 iyun) görüşü.

ABŞ və Rusiya xarici siyasət rəhbərliklərinin iştirakı ilə keçirilən Vyana görüşündə müəyyən razılıqlar var idi. Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə keçirilən Sankt-Peterburq görüşü də Vyana görüşünün davamı olaraq təqdim olunurdu.

Vyanada təmas xəttində “atəşkəsə nəzarət mexanizmi”nin yaradılması ilə bağlı razılıq əldə olundu. Halbuki, bu, ABŞ tərəfindən irəli sürlmüşdü və işğal faktının qəbul edilməsi idi. Moskva bu razılaşmanı qəbul etsə də, Sankt-Peterburq görüşünün təşkili mexanizm məsələsinin kənara qoyulduğunu göstərdi. (Oxu: Qarabağın qaytarılması prosesi başlandı).

Bakı da mexanizmlərin işğalçıya xidmət etdiyini bildiyi üçün Vyanada yekun sənədi imzalamadı.

Görünür, Ermənistan məsələni yenidən gündəmə gətirir. Hərçənd, Bakının bununla razılaşacağı sual altındadır.

Burada diqqət çəkən digər məqam mayın 15-də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun həmsədrlərlə görüşdə “substantiv danışıqlara hazırıq” açıqlaması idi. Bu isə Qarabağa aralıq statusunun verilməsinin əvəzində işğal olunmuş ətraf rayonların qaytarılmasını özündə ehtiva edir.

Ermənistan tərəfi bunu bildiyi üçün Vyana razılaşmalarını ortaya ataraq, gələcək danışıqları pozmağı planlaşdırır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm