Paşinyan Sarkisyanı Qarabağ danışıqlarına gətirir: İrəvanda Əliyev QORXUSU
Bizi izləyin

Nida Təhlil

Paşinyan Sarkisyanı Qarabağ danışıqlarına gətirir: İrəvanda Əliyev QORXUSU

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ danışıqlarından çəkilir.

Publika.az
xəbər verir ki, bu barədə rusiyalı ekspert Stanislav Tarasov deyib.

Rusiyalı ekspert hesab edir ki, Paşinyanın Xankəndini danışıqların tərəfi kimi təqdim etməsi onun prosesdə iştirakını məhdudlaşdırır: “Çünki bu, Ermənistanın danışıqları pozması görüntüsü yaradır. Bu baxımdan, onun danışıqlarda iştirak etməyəcəyi gözləniləndir”.

Tarasova görə, Paşinyan Qarabağ danışıqlarında Azərbaycan lideri ilə masaya başqasını oturda bilər.

“Mümkündür ki, danışıqlarda Ermənistanı prezident Armen Sarkisyan təmsil etsin. Ola bilsin ki, Paşinyan oyuna sonradan daxil olsun”, - deyə o bildirib.

Qeyd edək ki, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Azərbaycan prezidenti İlham Əliyevlə Qarabağ danışıqlarını kimin aparacağı ətrafında müzakirələr gedir. Erməni ekspertlər hesab edirlər ki, Paşinyanın təcrübəsi ona Əliyevlə danışıq aparmağa çətinlik yaradacaq. Armen Sarkisyanın danışıqlarda Ermənistanı təmsil etməsi ehtimalı lap əvvəldən istisna edilmirdi. A. Sarkisyanın danışıqlarda iştirak edəcəyi ehtimalı fonunda onun mayın 8-də “Exo Moskva” radiosuna müsahibəsində səsləndirdiyi “Hadisələrin inkişafını proqnozlaşdırmaq çətindir. Lakin Prezident İlham Əliyevi kifayət qədər yaxşı tanıyıram. Çox həssas məqamdır, Qarabağda gərginliyin artacağını istisna etmək olmaz” fikirləri yada düşür.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm