Yeddi rayonun QAYTARILMASI, Qarabağdakı erməni HƏDƏFLƏRİ… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Yeddi rayonun QAYTARILMASI, Qarabağdakı erməni HƏDƏFLƏRİ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Rusiya Liberal Demokrat Partiyasının lideri, Dövlət Dumasının üzvü Vladimir Jirinovski erməniləri dəstəkləyən açıqlama verib. Ermənistan İsrail “erməni soyqırımı” kartından istifadə etməkdə ittiham edib. Bu gün İstanbulda İstanbulda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin təcili toplantısı keçirilib. Bu gün Rusiyanın yeni hökumətin tərkibi açıqlanıb. Almaniya kansleri Rusiyaya səfər edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının açılışında söylədiyi fikirlər ermənilərdə qorxuya səbəb olub. “Sputnik Ermənistan” saytına şərhində erməni hərbi ekspert David Arutyunov da Azərbaycan Ordusunun gücünü etiraf edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya Liberal Demokrat Partiyasının lideri, Dövlət Dumasının üzvü Vladimir Jirinovski erməniləri dəstəkləyən açıqlama verib. Jirinovski Azərbaycanın işğal olunmuş torpaqlarında Ermənistan tərəfindən yaradılan qondarma DQR rejiminin danışıqlarda iştirak etməsinin vacib olduğunu bildirib: “Çünki onların “torpaqlarının” taleyi həll olunur”.

Jirinovski daha sonra qondarma iddia irəli sürərək, Dağlıq Qarabağın SSRİ vaxtında Azərbaycanın tərkib hissəsinə daxil edildiyini bildirib.

O qeyd edib ki, “cansıxıcı danışıqlar nəticəsiz olsa belə, müharibədən daha yaxşıdır”.

“Hesab edirəm ki, postsovet məkanında bütün münaqişələri həll etmək üçün SSRİ-ni bərpa etmək lazımdır”, - deyə o qeyd edib.

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ danışıqlarından çəkilir. Bu barədə rusiyalı ekspert Stanislav Tarasov deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Danışıqlar masasında “Madrid prinsipləri” əsasdır. Bu, yeddi rayonun Azərbaycana qaytarılmasını, qaçqınların qayıdışını nəzərdə tutur. Yalnız bundan sonra Qarabağın statusu məsələsi müzakirə olunur”. Bu barədə erməni politoloq Ara Papyan deyib.

Papyan qeyd edib ki, danışıqlarda irəliləyişin olacağını demək çətindir.

O, Nikol Paşinyanın Azərbaycan lideri ilə danışıq aparmaq bacarığının olub-olmaması haqda müzakirələrə də münasibət bildirib.

“Paşinyan prosesdən xəbərsizdir, çünki müxalifətdə olub. Məncə, onu məlumatlandırmaq çətin olmaz. Əsas danışıqları xarici işlər nazirləri aparacaq, liderlər daha yüksək səviyyədə görüşəcəklər. Danışıqlar masasında əyləşmək Ermənistanda kimsə üçünsə üstünlük deyil. Vaxtilə Sarkisyan ərazilərin böyük bir qismini Əliyevə qaytarmağa razılaşmışdı. Sonrada proses pozuldu. Yəni danışıqlar masasında Ermənistanı kimin təmsil etməsi yox, nəticə önəmlidir”, - deyə o bildirib.

Erməni politoloq təklif edib ki, Ermənistanı danışıqlarda prezident Armen Sarkisyan təmsil etsin.

İsrail “erməni soyqırımı” kartından istifadə etmək istəyir. Bu sözləri öz Feysbuk səhifəsində Ermənistanın Respublika Partiyasının sədr müavini Armen Aşotyan paylaşıb.

“İsrailin Türkiyə ilə çətin geosiyasi oyun yaşadığı dönəmdə “erməni soyqırımı”nıtanıması məsələsiylə bağlı spekulyasiyaları yolverilməzdir”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə İsrail-Türkiyə münasibətləri Qəzza məsələsinə görə pisləşib. İsrail buna görə “erməni soyqırımı”nın tanınması ilə bağlı qanun layihəsi hazırlayıb.

Bu gün İstanbulda İstanbulda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin təcili toplantısı keçirilib. Toplantıda İsrailin Qəzzada fələstinlilərə qarşı törətdiyi qətliam müzakirə olunub. İlk çıxış edən Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu“Qüdsün tarixi statusunu dəyişdirməsinə icazə verməyəcəklərini bildirib.

“İsrailli səlahiyyətlilərin və müdafiəsiz insanlara atəş açan israilli əsgərlərin hesab vermələrini təmin etməliyik”, - Çavuşoğlu bildirib.

Qeyd edək ki, təşkilatın zirvə toplantısında 40-da çox ölkə iştirak edib.

ABŞ-da uzun müddətdir müzakirə mövzusu olan bir təyinat, nəhayət ki, reallaşdı. ABŞ prezidenti Donald Trampın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktorluğuna namizəd göstərdiyi Gina Haspel Senatda 45 səs əleyhinə, 54 səs lehinə olmaqla təsdiqləndi. Bəzi Ağ Ev rəsmilərinin "işgəncələr verən bir şəxs Senatda təsdiq oluna bilməz" şəklindəki narahatlıqları da onun MKİ-nin direktoru olmasına mane ola bilmədi.

Hələ Gina Haspelin MKİ-nin direktorluğuna namizədliyi irəli sürülən günlərdə Türkiyənin Silahlı Qüvvələrinin Baş Qərargahının kəşfiyyat dairəsinin keçmiş başçısı, ehtiyatda olan general İsmail Haqqı Pekin “Milliyət” nəşrinə bildirmişdi ki, sui-qəsdlər və sabotajlar dövrü rəsmən başlaya bilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) yeni direktoru Gina Haspel Amerika həbsxanalarında işgəncələr proqramında iştirak edirdi. Bunu ABŞ xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı, hazırda Rusiyada yaşayan Edvard Snouden bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İranla imzalanan nüvə razılaşmasını yaxın zamanlarda tam məhv gözləyir. Bunu ABŞ Dövlət Departamenti sədrinin eks-müaşviri Robert Aynxorn deyib.

“Nəzəri baxımdan müqavilənin ABŞ olmadan qalması mümkündür. Praktik baxımdan isə real deyil.

Əminəm ki, bütün əsas Avropa bankları və şirkətləri öz bizneslərini İrandan çıxarmaq üçün qərar qəbul edəcəklər. Nəticədə İran nüvə razılaşmasından sonra əldə etməyi planlaşdırdığı iqtisadi faydalardan məhrum olacaq. Avropa hökumətləri Çin və Rusiya ilə birgə İranı bu razılaşmada daha bir neçə ay qalmağa inandıra biləcəklər. Yekunda iqtisadi faydaların azalması İranda sərt siyasi kursun tərəfdarlarının nüvə razılaşmasından uzaqlaşmaq haqqında qərar qəbul etmələrinə səbəb olacaq. Bu isə razılaşmanın çöküşü deməkdir”, – deyə o bildirib.

Rusiyanın baş naziri Dmitri Medvedev bu gün Soçidə prezident Vladimir Putinə yeni hökumətin tərkibini təqdim edib. Hökumətdə yer alacaq namizədlər aşağıdakılar

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Almaniya kansleri Angela Merkel Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Soçiyə gəlib. Liderlər “Şimal axını-2” qaz kəmərinin tikintisinin ətrafında vəziyyəti, həmçinin Suriya və Ukrayna münaqişələrinin nizama salınması məsələləri müzakirələr aparıblar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm