İrəvanda Əliyev QORXUSU, Qarabağda MÜHARİBƏ ANONSU... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

İrəvanda Əliyev QORXUSU, Qarabağda MÜHARİBƏ ANONSU... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Naxçıvanda yerləşdirilmiş uzaqmənzilli raketlər düşmənin istənilən hərbi hədəfini məhv edə bilər. Ermənistan silahlı qüvvələri baş qərargah rəisi, general Movses Akopyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəlib. ATƏT-in Minsk qrupunun həmsədrləri iyunda Ermənistanın yeni baş naziri Nikol Paşinyanla görüşəcəklər. İsraildə yeni Amerika səfirliyinin açılış mərasimi keçirilib. ABŞ-ın Təl-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsi ilə əlaqədar İsrail-Fələstin sərhədində vəziyyət gərginləşib. İsrail və Türkiyə arasında diplomatik qalmaqal yaranıb. İstanbulda İstanbulda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin təcili toplantısı keçirilib. Səudiyyə Ərəbistanı, İsrail və ABŞ İrandakı rejim dəyişikliyinə gizli şəkildə dəstək verə bilər. Avropa İttifaqı İranla nüvə sazişinə sadiq qalacağını bəyan edib. ABŞ Senatının Kəşfiyyat Komitəsi Rusiyanın 2016-cı ildə keçirilmiş prezident seçkilərinə müdaxilə etdiyini təsdiqləyib. Pxenyan Vaşinqtonu ABŞ-KXDR sammitini ləğv etməklə hədələyib.

Azərbaycan, Dağlıq Qarabağ

Naxçıvanda yerləşdirilmiş uzaqmənzilli raketlər düşmənin istənilən hərbi hədəfini məhv edə bilər. Bunu Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının açılışında iştirak edən Prezident İlham Əliyev ali təhsil ocağının kollektivi və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının açılışında söylədiyi fikirlər ermənilərdə qorxuya səbəb olub. “Sputnik Ermənistan” saytına şərhində erməni hərbi ekspert David Arutyunov da Azərbaycan Ordusunun gücünü etiraf edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistanın müdafiə naziri David Tonoyan və xarici işlər naziri Zoqrab Mnatsakanyan dünən Naxşıvan Muxtar Respublikası ilə sərhəddə yerləşən hərbi bölmələrə baş çəkiblər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Mayın 18-də Ermənistan xarici İşlər naziri Zoqrab Mnatsakanyan və müdafiə naziri David Tonoyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisinə səfər ediblər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan Xarici İşlər naziri Zoqrab Mnatsakanyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisinə səfər edib. Mnatsakanyan Xankəndində qondarma Qarabağ rejiminin rəhbəri Bako Saakyanla görüşüb. O, görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həllinin Ermənistanın xarici siyasəti üçün prioritet hədəf olaraq qaldığını bildirib.

Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı sərsəm fikirlərinə Azərbaycanın müdafiə naziri Zakir Həsənovun sərt cavabı İrəvanda müharibə qorxusu yaradıb. Zakir Həsənov “düşmənin bu cür hərəkətləri qəbuledilməzdir və Azərbaycan Ordusu genişmiqyaslı döyüş əməliyyatlarına tam hazırdır”, - deyə bildirib.

Erməni siyasi şərhçi Sarqis Artsruni yazır ki, Paşinyanın Qarabağı tərəf kimi göstərmək istəyi danışıqlar formatını dəyişdirməkdir və bu əslində müharibənin önünü açmaqla nəticələnə bilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılan qondarma DQR-in danışıqlar masasında tərəf kimi iştirakı haqda təklifi Bakının sərt reaksiyası ilə yanaşı, İrəvanda da narazılığa səbəb olub. Ermənistanın siyasətçiləri Paşinyanın ölkəni uçuruma apardığını hesab edirlər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan silahlı qüvvələri baş qərargah rəisi, general Movses Akopyan mayın 15-də Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəlib. Erməni general Xankəndində qondarma rejimin “prezidenti” Bako Saakyan və “müdafiə naziri” ilə görüşüb.

Ermənistan mediası bu səfərin təcili və gözlənilməz olduğunu yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Madrid prinsiplərinə yenidən baxmaq zamanı çatıb. Bunu jurnalistlərə açıqlamasında Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Arman Navasardyan deyib. Onun sözlərinə görə, Madrid prinsipləri İrəvanı dalana aparır:

“Məxməri inqilabdan sonra Ermənistanın dünyadakı reytinqi kifayət qədər yüksəkdir. Bu faktı Qarabağ məsələsinin həlli üçün istifadə etmək lazımdır”.

ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov - Rusiya, Stefan Viskonti – Fransa, Endrü Şofer – ABŞ) iyunda Ermənistanın yeni baş naziri Nikol Paşinyanla görüşəcəklər. Bu barədə həmsədrlərin bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, həmsədrlər mayın 15-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər.

Rusiya Liberal Demokrat Partiyasının lideri, Dövlət Dumasının üzvü Vladimir Jirinovski erməniləri dəstəkləyən açıqlama verib. Jirinovski Azərbaycanın işğal olunmuş torpaqlarında Ermənistan tərəfindən yaradılan qondarma DQR rejiminin danışıqlarda iştirak etməsinin vacib olduğunu bildirib: “Çünki onların “torpaqlarının” taleyi həll olunur”.

Jirinovski daha sonra qondarma iddia irəli sürərək, Dağlıq Qarabağın SSRİ vaxtında Azərbaycanın tərkib hissəsinə daxil edildiyini bildirib.

O qeyd edib ki, “cansıxıcı danışıqlar nəticəsiz olsa belə, müharibədən daha yaxşıdır”.

“Hesab edirəm ki, postsovet məkanında bütün münaqişələri həll etmək üçün SSRİ-ni bərpa etmək lazımdır”, - deyə o qeyd edib.

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ danışıqlarından çəkilir. Bu barədə rusiyalı ekspert Stanislav Tarasov deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Danışıqlar masasında “Madrid prinsipləri” əsasdır. Bu, yeddi rayonun Azərbaycana qaytarılmasını, qaçqınların qayıdışını nəzərdə tutur. Yalnız bundan sonra Qarabağın statusu məsələsi müzakirə olunur”. Bu barədə erməni politoloq Ara Papyan deyib.

Papyan qeyd edib ki, danışıqlarda irəliləyişin olacağını demək çətindir.

O, Nikol Paşinyanın Azərbaycan lideri ilə danışıq aparmaq bacarığının olub-olmaması haqda müzakirələrə də münasibət bildirib.

“Paşinyan prosesdən xəbərsizdir, çünki müxalifətdə olub. Məncə, onu məlumatlandırmaq çətin olmaz. Əsas danışıqları xarici işlər nazirləri aparacaq, liderlər daha yüksək səviyyədə görüşəcəklər. Danışıqlar masasında əyləşmək Ermənistanda kimsə üçünsə üstünlük deyil. Vaxtilə Sarkisyan ərazilərin böyük bir qismini Əliyevə qaytarmağa razılaşmışdı. Sonrada proses pozuldu. Yəni danışıqlar masasında Ermənistanı kimin təmsil etməsi yox, nəticə önəmlidir”, - deyə o bildirib.

Erməni politoloq təklif edib ki, Ermənistanı danışıqlarda prezident Armen Sarkisyan təmsil etsin.

Ermənistan

Ermənistanın BMT-dəki daimi nümayəndəsi Zoqrab Mnatsakyan ölkənin xarici işlər naziri təyin edilib. Bu barədə Ermənistan prezidentinin fərmanında deyilir.

Qeyd edək ki, Zoqrab Mnatsakyan 2008-ci ildən Ermənistan xairi işlər naziri vəzifəsini tutan Edvard Nalbandyanın əvəzinə təyin edilib.

Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın yeni baş naziri Nikol Paşinyan mayın 14-də Soçidə görüşüb. Görüşün başlanğıcında Putin Rusiyanın Ermənistanı regionda yaxın tərəfdaş və müttəfiq hesab etdiyini vurğulayıb.

Paşinyan isə qeyd edib ki, heç kim İrəvan və Moskva arasındakı münasibətləri şübhə altına qoymayacaq.

“Ermənistanın və Rusiyanın strateji əməkdaşlığı müzakirə mövzusu deyil”, - deyə o bildirib.

Karnegi fondunun Moskva mərkəzinin saytında dərc olunmuş analitik məqalədə deyilir ki, Paşinyan sələfi Sarkisyandan fərqli olaraq Putinin qarşısında bir neçə şərti sərt şəkildə qaldıracaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Ermənilər təəssüf edəcəklər ki, Nikol Paşinyanı hakimiyyətə gətirdilər”. Bunu Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Dövlət Dumasında keçirdiyi mətbuat konfransında deyib.

“Ermənilər hələ təəssüf edəcəklər ki, Nikol Paşinyanı hakimiyyətə gətirdilər. O daha yaxşını etmək istəyir, amma alınmayacaq. Alınmayacaq. Ermənistanı çiçəklənən etmək olmaz. Ölkə blokadadır və heç bir şəxsi resursu yoxdur”, - Vladimir Jirinovski bildirib.

Onun sözlərinə görə, inqilabları arzulayanlar anlamalıdır ki, bu yolla hakimiyyət dəyişikliyi ən yaxşı nəticələrə gətirib çıxarmır.

Avropa Parlamentinin (AP) Xarici işlər üzrə komitəsi ötən il Ermənistan və Avropa İttifaqı arasında imzalanmış hərtərəfli və genişləndirilmiş əməkdaşlıq haqqında sazişi yekdilliklə qəbul edib. AP-ın Xarici işlər üzrə komitəsinin mayın 16-da keçirilən iclasında bir neçə saat Ermənistandakı son hadisələr müzakirə edilib.

AP üzvləri Ermənistana maddi və texniki dəstək verilməklə yanaşı, həm də viza rejiminin ləğvi məsələsinə də baxılmasına çağırış ediblər.

Türkiyə, İran, Yaxın Şərq

Biz Ermənistanın məntiqli düşünməyə başlayacağı günü gözləyirik. Bunu britaniyalı jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Türkiyə Qafqaz və Mərkəzi Asiyada sülhü dəstəkləyir. Bu rəsmdən çıxan yeganə dövlət Ermənistandır. Biz Ermənistanın da məntiqli düşünəcəyi günü gözləyirik”, – deyə o bildirib.

ABŞ Konqresinin Senatından sonra Nümayəndələr Palatasında da Türkiyəyə “F-35” döyüş təyyarələrinin satışınını qadağan edən qanun layihəsi hazırlanıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Müdafiə ehtiyaclarımızı ABŞ-dan təmin edə bilmiriksə, başımızın çarəsinə baxacağıq”. Bu haqda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Blomberg” agentliyinə müsahibəsində bildirib.

“S-400 zenit-raket komplekslərinin alınması üçün lazımı addımlar atmağa davam edəcəyik. Yunanıstan Rusiyadan S-300-lər alanda heç kim bir şey söyləmədi”, - Türkiyə prezidenti deyib.

Mayın 14-də Qazaxıstanın paytaxtı Astana şəhərində Suriya münaqişəsinin nizamlanması ilə bağlı aparılan danışıqların növbəti mərhələsi başlayıb. Danışıqlar iki gün davam edib.

Mayın 17-də Rusiya prezidenti Vladimir Putin Soçidə Suriya prezidenti Bəşər Əsədlə görüşüb. Putin xarici qüvvələr Suriyadan çıxarılmalı olduğunu deyib.

“Suriya ordusunun terrorizmlə mübarizədə ardıcıl qələbələr qazandığını və siyasi proseslərin daha aktiv fazaya keçdiyini nəzərə alsaq xarici hərbi qüvvələrin Suriyadan çıxarılmasının vacibliyini düşünürəm”, - deyə Kreml rəhbəri bəyan edib.

ABŞ, Türkiyə və Hizbullah daxil olmaqla, bütün xarici hərbi kontingent Suriyanı tərk etməlidir. Bu sözləri Rusiya Prezidenti Vladimir Putinin Suriya üzrə Ali nümayəndəsi Aleksandr Lavrentyev bildirib.

"Suriya torpaqlarında kontingenti olan bütün xarici hərbi qüvvələr geri çəkilməlidir. Bu xarici kontingent amerikalılar, türklər, Hizbullah və iranlılardan ibarətdir. Orada 2 hərbi hissəmizdən başqa hər hansı bir qüvvəmiz yoxdur", - Lavrentyev qeyd edib.

Rusiya Federasiyası, Avropa üçlüyü (Böyük Britaniya, Fransa və Almaniya), İran və Çin İranın nüvə proqramı üzrə razılaşmanı dəstəkləyir. Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə Moskvada görüşü öncəsi deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İran ABŞ-ın nüvə razılaşmasından çıxışından sonra nüvə sazişinin Avropadakı iştirakçılarından (Almaniya, Fransa, Böyük Britaniya - red.) onun saxlanılması üzrə zəmanətləri tələb etmək niyyətindədir. Bu haqda İranın xarici işlər nazirinin müavini Abbas Arakçi bildirib.

Onun sözlərinə görə, İranın maraqlarının müdafiəsi və ABŞ-ın sazişdən çıxışına görə vurulmuş zərərlərin kompensasiyası üzrə lazımı zəmanətlərin verilməsi üçün Avropa ölkələrinin 45-60 gün vaxtı var. İranlı diplomat qeyd edib ki, sazişin Avropa iştirakçıları tələb edilən zəmanətləri sözügedən müddətdə verməsələr, İran məcburi qərarları qəbul etməli olacaq.

“İranın nüvə sazişindən çıxışı ssenarisini istisna etmək olmaz”. Bunu Rusiyanın Xarici İşlər Nazirliyinin başçının müavini Sergey Ryabkov “Valday” beynəlxalq diskusiya klubunda çıxışında deyib.

“Bütün bu vəziyyət yenidən çox yüksək dinamika qazanıb. Əgər sazişin qalan iştirakçıları İranı qane edən əsaslarda razılaşmasa, onun sazişdən çıxışı ssenarisini istisna etmək olmaz”, - rusiyalı diplomat bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Fransa, Böyük Britaniya, Almaniya və İranın nümayəndələri İran nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət planının saxlanılması üçün əlaqələri aktivləşdirməyi razılaşdırıblar. Bu haqda görüşün nəticəsinə dair görə Avropa Birliyi diplomatiyasının rəhbəri Federika Moqerini bildirib.

Avropa İttifaqı İrandan idxal edilən neftə görə dollarla ödənişi avro ilə əvəz etmək niyyətindədir. Bu haqda “RİA-Novosti” agentliyinə Brüsseldəki diplomatik mənbə bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İranla imzalanan nüvə razılaşmasını yaxın zamanlarda tam məhv gözləyir. Bunu ABŞ Dövlət Departamenti sədrinin eks-müaşviri Robert Aynxorn deyib.

“Nəzəri baxımdan müqavilənin ABŞ olmadan qalması mümkündür. Praktik baxımdan isə real deyil.

Səudiyyə Ərəbistanı, İsrail və ABŞ İrandakı rejim dəyişikliyinə gizli şəkildə dəstək verə bilər. Bunu “Yerusəlim Post” qəzetinə müsahibəsində İsrail xarici kəşfiyyat idarəsi olan MOSSAD-ın keçmiş rəhbər şəxslərindən Hayem Tamer deyib.

Mayın 14-də İsraildə yeni Amerika səfirliyinin açılış mərasimi keçirilib. ABŞ dövlət başçısı Donald Tramp açılışda iştirak etməsə də, video görüntü ilə təbriklərini çatdırıb.

Onun sözlərinə görə, ABŞ-ın diplomatik missiyasının Qüdsə köçürülməsi onun yəhudi dövlətinin paytaxtı olduğunu bildirəcək. Mərasimdə isə prezidenti qızı İvanka Tramp, kürəkəni Cared Kuşner, ABŞ-ın naliyyə naziri Stiven Mnuçin və dövlət katibinin köməkçisi Con Sullivan, həmçinin İsrailin baş naziri və prezidenti iştirak edirlər.

ABŞ-ın Təl-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsi ilə əlaqədar İsrail-Fələstin sərhədində vəziyyət gərginləşib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Qəzza zolağında nümayişçilərin dağıdılması dövlətin sərhədlərini qorumaq üçün tədbirdir. Bu barədə İsrailin baş naziri Benyamin Netanyahu şəxsi “Tvitter” səhifəsində yazıb.

“Hər bir ölkə öz sərhədlərini qorumalıdır. Həmas İsrailin məhv edilməsi və minlərlə insanı öldürmək niyyətində olduğunu bəyan edir. Biz suverenliyimizi və vətəndaşlarımızı qorumaq üçün qətiyyətlə hərəkət etməyə davam edəcəyik”, baş nazir yazıb.

Türkiyənin baş naziri Binəli Yıldırım müsəlman ölkələrini İsraillə münasibətləri təkrar gözdən keçirməyə çağırıb. “Türkiyə dinc nümayişlərdə iştirak edən fələstinlilərə atəş açan İsraili qətiyyətlə ittiham edir, Ankara həmçinin regionda sülhə zərər vuran Birləşmiş Ştatları ittiham edir. Müsəlman ölkələri İsraillə münasibətlərini təkrar gözdən keçirməlidir”, - Türkiyə hökumətinin başçısı deyib.

İsrailin Ankaradakı səfiri Eiatan Neah mayın 15-də Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Səfirin XİN-ə çağırılmasına səbəb dünən Qəzza da baş verən qanlı hadisələrdir.

Məlumata görə, israilli diplomata Qəzza-İsrail sərhədindəki hadisələr səbəbiylə etiraz edilib.

XİN-dəki mənbələrə görə, İsrail səfirinə Türkiyənin Təl-Əvivdəki səfirinin məsləhətləşmələr üçün Ankaraya çağırıldığı və onun da bir müddət sonra ölkəsinə dönməsinin uyğun olacağı bildirilib.

“Haaretz” qəzeti də yazıb ki, səfir Eitan Naehdən Türkiyədən ayrılması istənilib.

Həmin gün Türkiyənin Qüdsdəki baş konsulu Gürcan Türkoğlu İsrailin Xarici İşlər Nazirliyinə çağırılıb və məsləhətləşmələr üçün bir müddət Türkiyəyə dönməsi istənilib.

Mayın 16-da Türkiyənin Xarici İşlər Nazirliyi İsrailin İstanbuldakı baş konsulu Yozef Levi Sfaridən bir müddət öz ölkəsinə dönməsini istəyib. Həmin gün İsrail Türkiyədən kənd təsərrüfatı məhsullarının idxalatını dayandırıb.

Mayın 18-də İstanbulda İstanbulda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin təcili toplantısı keçirilib. Toplantıda İsrailin Qəzzada fələstinlilərə qarşı törətdiyi qətliam müzakirə olunub. Təşkilatın zirvə toplantısında 40-da çox ölkə iştirak edib.

İsrail parlamenti qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı qanun layihəsini müzakirəyə çıxarmağa hazırlaşır. “The Jerusalem Post”un yaydığı xəbərə görə, “Sionist Birlik”dən olan deputat İtzik Şmuli və Likud deputatı Amir Ohana qondarma “erməni soyqırımı” ilə bağlı qanun layihəsini Knessetə (İsrail parlamenti) təqdim edəcəklərini bildiriblər.

İsrail parlamentinin (Knesset) ən azı 50 üzvü qondarma “erməni soyqırımı”nın tanınması haqqında qanun layihəsini dəstəkləməyə hazırdır. Bu haqda İsrail radiosuna istinadən “Jewish Press” qəzeti bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Erməni soyqırımı”nı tanımamaq üçün əxlaqi və tarixi baxımdan bir səbəbimiz yoxdur. Bu sözləri İsrailin Kəşfiyyat naziri İsrail Katz deyib.

“Ərdoğan gərginliyi artırmağa çalışır. O, Müsəlman Qardaşlarının üzvüdür və İsrailin ideoloji düşmənidir”, - nazir bildirib.

“ABŞ son addımı ilə həllin deyil, problemin bir parçası olmağı seçərək, Yaxın Şərq sülh prosesində vasitəçilik rolunu itirmişdir”. Bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Təl-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsini şərh edərkən deyib.

“Beynəlxalq hüququ tapdalayan, BMT-nin qərarlarına zidd bu qərarı bir daha rədd edirik. Beynəlxalq cəmiyyət üzərinə düşən addımları ataraq, İsrailin artan təcavüzkarlığına son qoymaq üçün hərəkətə keçməlidir”, - o deyib.

ABŞ-dan sonra - mayın 16-da Qvatemala da İsraildəki səfirliyinin Təl-Əvivdən Qüdsə köçürüb. Səfirliyin açılışı bu gün olub. Açılışda Qvatemala prezidenti Cimmi Morales və İsrailin baş naziri Benyamin Netanyahu iştirak edib.

Fələstin dörd Avropa ölkəsi – Rumınıya, Çexiya, Macarıstan və Avstriyadakı səfirlərini geri çağırıb. Bu haqda Fələstinin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Rusiya, ABŞ, Qərb-Rusiya münasibətləri

Avropa İttifaqı Krımda seçkilərin keçirilməsiylə əlaqədar Rusiyaya qarşı sanksiyaları genişləndirib. Bu haqda Avropadakı diplomatik mənbə bildirib.

Sanksiyalar siyahısına 5 fiziki şəxs əlavə edilib.

“Avropa İttifaqı Şurası Krımda Rusiya prezident seçkilərinin keçirilməsiylə əlaqədar beş fiziki şəxs barəsində əlavə məhdudlaşdırıcı ölçüləri bəyənib”, - o deyib.

ABŞ Senatının Kəşfiyyat Komitəsi Rusiyanın 2016-cı ildə keçirilmiş prezident seçkilərinə müdaxilə etdiyini təsdiqləyib. Komitə hesab edir ki, Rusiya Donald Trampın prezident seçilməsi üçün müdaxilə cəhdlərini bir neçə istiqamətdə həyata keçirib.

Komitə rəhbəri Riçard Börr bildirib ki, Rusiya 2016-cı il seçkilərinə ağılsığmaz metodlarla müdaxilələr edib. Onun sözlərinə görə, Donald Trampın Rusiyanın müdaxiləsi ilə prezident seçilməsi faktlarla isbat edilib.

O, istintaqla bağlı yekun qərarın avqust ayında açıqlanacağını diqqətə çatdırıb.

ABŞ prezidenti Donald Tramp Rusiya barəsində yeni sanksiyaların tətbiqi planını hazırlamaq barədə tapşırıq verib. Yeni sanksiyaların tətbiqi ehtiyacı “Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında” müqavilənin müddəalarının pozulması ilə bağlı yaranıb.

Qeyd edək ki, “Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında” müqavilə 1987-ci ildə ABŞ və SSRİ arasında imzalanıb. Rusiya və ABŞ dəfələrlə bir-birini sazişin pozulmasında günahlandırıb.

ABŞ prezidenti Donald Tramp sazişin imzalanmasının 30-cu ildönümü (2017-ci il dekabrın 8-i - red.) münasibəti ilə elan etmişdi ki, Rusiyanı müqaviləyə riayət etməyə məcbur etmək üçün iqtisadi və hərbi addımlar atılacaq. Rusiya prezidenti Vladimir Putin isə cavab vermişdi ki, ABŞ müqavilədən çıxmağa hazırlaşır.

ABŞ-da uzun müddətdir müzakirə mövzusu olan bir təyinat, nəhayət ki, reallaşdı. ABŞ prezidenti Donald Trampın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktorluğuna namizəd göstərdiyi Gina Haspel Senatda 45 səs əleyhinə, 54 səs lehinə olmaqla təsdiqləndi. Bəzi Ağ Ev rəsmilərinin "işgəncələr verən bir şəxs Senatda təsdiq oluna bilməz" şəklindəki narahatlıqları da onun MKİ-nin direktoru olmasına mane ola bilmədi.

Hələ Gina Haspelin MKİ-nin direktorluğuna namizədliyi irəli sürülən günlərdə Türkiyənin Silahlı Qüvvələrinin Baş Qərargahının kəşfiyyat dairəsinin keçmiş başçısı, ehtiyatda olan general İsmail Haqqı Pekin “Milliyət” nəşrinə bildirmişdi ki, sui-qəsdlər və sabotajlar dövrü rəsmən başlaya bilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) yeni direktoru Gina Haspel Amerika həbsxanalarında işgəncələr proqramında iştirak edirdi. Bunu ABŞ xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı, hazırda Rusiyada yaşayan Edvard Snouden bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiyanın baş naziri Dmitri Medvedev mayın 18-də Soçidə prezident Vladimir Putinə yeni hökumətin tərkibini təqdim edib. Hökumətdə yer alacaq namizədlər aşağıdakılar

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Almaniya kansleri Angela Merkel Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Soçiyə gəlib. Liderlər “Şimal axını-2” qaz kəmərinin tikintisinin ətrafında vəziyyəti, həmçinin Suriya və Ukrayna münaqişələrinin nizama salınması məsələləri müzakirələr aparıblar.

Koreya böhranı

Pxenyan Vaşinqtonu ABŞ-Koreya Xalq Demokratik Respublikası sammitini ləğv etməklə hədələyib. “Yenxap” agentliyi bildirib.

Agentliyin məlumatına görə, buna səbəb Seul və Vaşinqtonun birgə hərbi təlimləridir. Həmçinin bildirilir ki, Pxenyan mayın 16-da Cənubi Koreya ilə keçirilməsi planlaşdırılan yüksək səviyyədə danışıqları ləğv edir.

Xatırladaq ki, ötən həftə ABŞ prezidenti Donald Tramp KXDR-in lideri Kim Çen Inla görüşünün tarixi və yerini açıqlamışdı.

“Mənim Kim Çen Inla çoxdan gözlənilən görüşüm iyunun 12-də Sinqapurda olacaq”, - Tramp tvitter səhifəsində yazmışdı.

ABŞ prezidenti Donad Trampın məsləhətçiləri, xüsusən Con Bolton ABŞ-KXDR sazişini şüurlu olaraq əngəlləyir. Bu fikirlə “RİA-Novosti” agentliyinə şərhində Rusiyanın Strateji Kommunikasiyalar Mərkəzinin vitse-prezidenti Dmitri Abzalov çıxış edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukrayna

Donbasda ukraynalılar arasında etnik və vətəndaş qarşıdurması yoxdur, münaqişə Rusiyanın birbaşa müdaxiləsinin nəticəsidir. Bunu Slavyanskda keçirilən brifinqdə ABŞ Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker bildirib.

Onun sözlərinə görə, Ukraynanın şərqinin azad olması üçün Rusiya qoşunlarının oradan çıxarılması lazımdır

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Ukrayna artıq Rusiya tərəfindən tutulmuş ərazini qaytara bilməyəcək”. Bunu Ukraynanın Donbas regionuna səfərinin gedişatında ABŞ Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukrayna prezidenti Pyotr Poroşenko Müstəqil Dövlətlər Birliyinin (MDB) bütün orqanlarından Ukraynanın nümayəndələrin geri çağırılması haqqında fərman imzalayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm