Erməni ordusunun 3 istiqamətdə HÜCUM PLANI, müharibə HƏDƏSİ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Erməni ordusunun 3 istiqamətdə HÜCUM PLANI, müharibə HƏDƏSİ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Ermənistanın hərbi birləşmələri 14-19 may tarixlərində Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində hərbi təlim keçirib. ABŞ Polşaya növbəti hərbi eşalonun göndərilməsi üçün Antverpen limanında zirehli texnikasını boşaldır. İran Rusiya prezidenti Vladimir Putinin Suriya lideri Bəşər Əsədlə son görüşündə səsləndirdiyi bəyanatı şərh edib. ABŞ prezidenti Donald Trampın Fələstin dövlətinin qurulmasnı nəzərdə tutan planın detalları məlum olub. Ukraynanın silahlı qüvvələri Qorlovkaya hücum edib.

Ermənistanda Serj Sarkisyanın devrilməsi ilə nəticələnən “məxməri inqilab” Azərbaycanın erməni hərbi birləşmələri tərəfindən işğal edilən Dağlıq Qarabağ bölgəsinə keçir. Erməni siyasi şərhçi Arutün Qriqoryan Qarabağda qondarma rejimin “prezidenti” Bako Saakyana qarşı üsyanın başlayacağını yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan hərbi birləşmələri 14-19 may tarixlərində Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində hərbi təlim keçirib. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan feysbuk səhifəsində məlumat yayıb.

Məlumata görə, işğalçı ordu üç mərhələdə təlim keçib.

1. Aviasiya.

2 Əks-hücum.

3. Müdafiə.

Qeyd edək ki, təlimləri Ermənistanın müdafiə naziri David Tonoyan da izləyib.

İslam Əməkdaşlıq Təşkilatı mayın 14-də Qəzza zolağında 66 nəfərin öldüyü hadisəni araşdırmaq məqsədilə komitə qurub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ səfirliyini Təl-Əvivdən Qüdsə köçürən ABŞ prezidenti Donald Tramp paytaxtl Əbu Dis olmaqla məhdud ərazidə Fələstin dövlətinin qurulmasnı nəzərdə tutan sülh planını Ramazan bayramından sonra, iyunun ortalarında açıqlayacaq.

İsrailin kəşfiyyat təşkilatı MOSSAD-a yaxınlığı ilə tanınan “Debka” xəbər saytı isə Trampın planının detallarını açıqlayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Nüvə anlaşması İrana nüvə sahəsində bir çox imkanlar verməklə, Tehranın daha yaxşı varlıq olacağı ehtimalına əsaslanırdı. Bunu “Foks Nyus” televiziyasına müsahibəsində İsrail Baş naziri Benyamin Netanyahu deyib.

“Bu anlaşma sayəsində milyardlarla dollar İrana axdı. Onlar yaxşı adam olmaq yerinə Yəmən, İraq və indi də Suriyada hücumlar təşkil edirlər. İranlılar nüvə anlaşmasından qazandıqları pullarla Yaxın Şərqi fəth etmək istəyirlər. ABŞ Prezidenti Donald Tramp ilk mərhələdə İranın pul maşınını məhv etməyi hədəfləyir.

Yaxın Şərqdə hər kəs bu qərarı dəstəkləyir. Mən sizə Avropa ölkələrindən və ya İran raketlərinin hədəfi olmayan ölkələrdən bəhs etmirəm. Mən Qüds, Ər-Riyad və Yaxın Şərqdəki digər bölgələr kimi bu raketlərin hədəfi olan ölkələrdən bəhs edirəm. Tramp böyük iş bacardı. O, İrana “artıq pul ala bilməzsən və atom bombası yarada bilməzsən” dedi.

2011-2013-cü illərdə ABŞ Milli Təhlükəsizlik Şurasının İran üzrə direktoru, İranla əldə edilən nüvə sazişinin memarı, amerikalı diplomat Riçard Nefyu Türkiyə mətbuatına müsahibə verib. R.Nefyu müsahibəsində ABŞ-ın İranla əldə etdiyi nüvə razılaşmasından çəkilməsi məsələsini, həmçinin bununla ölkəsinin beynəlxalq platformada tutduğu yeri şərh edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Kasım Bəhrami Rusiya prezidenti Vladimir Putinin Suriya lideri Bəşər Əsədlə son görüşündə səsləndirdiyi son bəyanatı şərh edib. O, heç kimin İranı nəyəsə məcbur etməsinin mümkün olmadığını bildirib.

“İran lazım olduğu qədər və Suriya dövləti istədiyi müddətdə yardımlarına davam edəcək”, - o deyib.

Xatırladaq ki, mayın 17-də Vladimir Putin Soçidə Bəşər Əsədlə görüşüb. Putin xarici qüvvələrin Suriyadan çıxarılmalı olduğunu deyib.

“Vaşinqton İranın nüvə proqramı üzrə Birgə hərtərəfli İş Planına riayət etməyə hazırlaşmır”. Bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo "Heritage Foundation"da ABŞ-ın İranla nüvə sazişindən çıxışından sonra proqram nitqi ilə çıxışında bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Polşaya növbəti hərbi eşalonun göndərilməsi üçün Antverpen limanında zirehli texnikasını boşaldır. Bu addım “Atlantic Resolve” əməliyyatı çərçivəsində atılır. Xəbərə görə, Belçikaya 3,3 min nəfərlik şəxsi heyətlə 85 “M-1 Abrams” tankı gətirilib. Faktiki olaraq, ABŞ Ordusunun 1-ci motorlaşdırılmış piyada Texas diviziyasından (“Şeytan briqadası”) söhbət gedir. Bundan sonra 2,5 min nəfərlik şəxsi heyətlə iki nəqliyyat gəmisinin gəlməsi gözlənilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukraynanı silahlı qüvvələri “Donetsk Xalq Respublikası” (“DXR) separatçı qurumun nəzarətində Qorlovkaya hücuma başlayıb. Xəbərə görə, müdafiə xəttinin yarılmasına mane olmaq üçün “DXR”-in hərbi bölmələri, həmçinin xüsusi təyinatlı dəstə cəbhənin bu istiqamətinə təcili cəlb olunub. “DXR”in operativ komandanlığının komandan müavini Eduard Basurin bildirib ki, hücumun gedişatında Ukrayna güclərindən təxminən 10 nəfər öldürülüb, tank və BMP məhv edilib.

“Biz vəziyyətin inkişafının istənilən variantına hazırıq. Düşmən üçün bir çox xoşagəlməz sürpriz hazırlanıb”, -Basurin deyib.

“İnterfaks”ın məlumatına görə, hücum nəticəsində separatçı qüvvələrdən biri öldürülüb, üç döyüşçüsü əsir götürülüb. Qorlovka meri İvan Prixodko həmçinin bildirib ki, Ukrayna tərəfindən atəş nəticəsində 4 dinc sakin yaralanıb.

Lakin, UNİAN agentliyinin yazdığına görə, Ukraynanın birləşmiş güclərin əməliyyat mərkəzi Ukrayna tərəfinin itmələri haqqında informasiyanı təsdiq etməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm