Paşinyanın Tbilisi səfərinin SİRRİ: İrəvanın Bakı qorxusu və ruslara qarşı YENİ OYUN
Bizi izləyin

Nida Təhlil

Paşinyanın Tbilisi səfərinin SİRRİ: İrəvanın Bakı qorxusu və ruslara qarşı YENİ OYUN

Ermənistanın baş naziri Nikol Paşinyan 30-31 may tarixində Gürcüstana səfər edəcək.

Publika.az
xəbər verir ki, Paşinyandan öncə isə Ermənistan prezidenti Armen Sarkisyan 25-26 may tarixində Tbilisiyə gedəcək.

Ermənistanın prezidenti və baş nazirinin Gürcüstan səfərləri regional münasibətlər fonunda diqqət çəkir.

Təbii ki, İrəvanın məqsədi Bakı-Tbilisi xəttini yarmaq və regionda İrəvan-Tbilisi münasibətlərini gücləndirməkdir.

İrəvan Azərbaycan torpaqlarını işğal etdiyinə görə Bakı tərəfindən məruz qaldığı blokada siyasətinin təsirlərini azaltmaq istəyir.

Tbilisinin Ermənistanla əməkdaşlıqda marağı daha çox Rusiya təsirinə qarşı barrikada qurmaq gedişindən qaynaqlanır. Lakin Gürcüstanın Azərbaycanın istəyinin əleyhinə tamamilə çıxacağı ehtimalı zəifdir.

Burada daha çox ABŞ-Rusiya qarşıdurmasının təzahürləri hiss olunur. Ermənistanda hakimiyyət yenicə dəyişib və İrəvanda Qərb təsirləri güclənir. ABŞ üçün Ermənistanı rusların ovcundan çıxarmaqda NATO-nun artıq özünə yer elədiyi Tbilisidən yaxşı platforma yoxdur. Deməli, Sarkisyan və Paşinyanın Gürcüstan səfərinə daha çox qlobal proseslər fonunda baxmaq olar.

Diqqət çəkən digər məqam Gürcüstanın baş naziri Qeorqi Kvirikaşvilinin hazırda ABŞ-da səfərdə olmasıdır. Bu, o deməkdir ki, Paşinyan Tbilisidə ABŞ-dan yenicə qayıtmış gürcü baş nazirlə görüşəcək. Və mümkündür ki, regionda ruslara qarşı yeni oyunun konturları cızılır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm