Rusiyanı iflic edəcək PLAN, Qarabağda MÜHARİBƏ ANONSU… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Rusiyanı iflic edəcək PLAN, Qarabağda MÜHARİBƏ ANONSU… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Ermənistan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ danışıqlarının atmosferinə zidd olan növbəti bəyanat verib. Fələstin İsraildən Beynəlxalq Cinayət Məhkəməsinə şikayət ünvanlayıb. ABŞ Pxenyanı Liviya ssenarisini təkrarlamaqla hədələyib. Ukraynanın Donbas bölgəsində vəziyyət kəskin pisləşib.

Ermənistan Xarici İşlər Nazirliyi yenə də Dağlıq Qarabağ danışıqlarının atmosferinə zidd olan bəyanat verib. Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan “Azərbaycan başa düşməlidir ki, Dağlıq Qarabağın danışıqlarda bilavasitə iştirakı olmadan sülhün təmin olunması mümkün deyil”, - deyə bildirib.

Onun sözlərinə görə, Ermənistan tərəfi Qarabağın danışıqlarda iştirakında təkid edir: “İndi reallıqlar dəyişib və Qarabağ danışıq prosesində yer almalıdır”.

T. Balayan Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü haqqında razılığın olmadığını qeyd edib.

“Ərazilərin qaytarılmasından söhbət belə gedə bilməz”, - deyə o əlavə edib.

Qeyd edək ki, Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra Ermənistan Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakını irəli sürür. Hansı ki, Bakı 20 ildən artıq davam edən danışıqlar prosesində buna qarşı çıxıb. Ekspertlər isə İrəvanın mövqeyini müharibəyə çağırış kimi qiymətləndirirlər.

Mayın 9-da İsrailin Suriyada İrana aid hərbi obyektləri vurmasına, 23 Suriya və İran əsgərinin ölümünə səssiz qalan Rusiyadan əks həmlə gəldi. İsrailin kəşfiyyat təşkilatı MOSSAD-a yaxınlığı ilə tanınan DEBKA saytının iddiasına görə, Rusiya prezidenti Vladimir Putinin mayın 16-da Soçidə Baş qərargahın rəhbərliyinə verdiyi iki əhəmiyyətli təlimat həyata keçirilməyə başlanılıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

B planı yoxdur: ABŞ İranda istədiyi müharibə zəminini hazırlayır. Bu barədə “Əl-Cəzirə” kanalının siyasi ekspertlərlə hazırladığı analizdə deyilir. Ekspertlər hesab edirlər ki, İran üçün hazırlanan yeni strategiya Yaxın Şərqdə müharibə ehtimalını gücləndirir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Fələstin mayın 14-də Qəzza zolağında baş verən hadisələr və bölgədə İsrailin qanunsuz tikililəri ilə bağlı Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə şikayət ünvanlayıb. Bu barədə Fələstinin Xarici İşlər naziri Riyad Maliki bildirib.

Xatırladaq ki, Qəzza zolağında baş verən qarşıdurmalar zamanı mayın 14-də 61 fələstinli öldürülmüş, 2700-dən çoxu yaralanmışdı.

Fələstinlilərin Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə müraciətinin hüquqi əsası yoxdur. Bu barədə İsrail Xarici İşlər Nazirliyinin yaydığı məlumat deyilir.

“Fələstinin müraciəti hüquqi cəhətdən etibarsızdır. Beynəlxalq Cinayət Məhkəməsi isə İsrail-Fələstin məsələsinə hüquqi baxımdan münasibət bildirmək səlahiyyətinə malik deyil. Çünki İsrail bu Məhkəmənin üzvü deyil, Fələstin milli administrasiyası isə dövlət deyil””, - İsrail XİN bildirib.

Böyük Britaniyanın Rusiya Prezidenti Vladimir Putinə yaxın adamların öhdəsindən gəlmək üçün öz metodları var. Bu sözləri Böyük Britaniyanın Xarici İşlər naziri Boris Conson deyib.

“Düşünürəm ki, müəyyən şəxslərə qarşı sanksiyaların güclü təsirləri hiss olundu və mən bunu qeyd etdim. Ancaq bizim öz sistemimiz və yanaşma tərzimiz var. Britaniyanın Putinə yaxın insanların öhdəsindən gəlmək üçün nə edə biləcəyi ilə bağlı daha geniş bir sual mövcuddur”, - Conson bildirib.

Consonun sözlərinə görə, Britaniya Avropa Birliyinə üzv olduğu və bu qurumda qərarların digər üzvlərlə razılaşdırıldığı üçün qurumu tərk edənə qədər özünün sanksiya rejimini tətbiq edə bilməz. 2019-cu ilin martında AB-ni tərk etdikdən sonra isə Britaniyanın daha sərt mövqe nümayiş etdirmək imkanları yaranacaq.

Moskva və Vaşinqton arasında hərbi münaqişə halında JSTARS radar sistemi ilə təchiz edilmiş ən müasir Amerika təyyarələri olan “Northrop Grumman E-8” dünyada analoqu olmayan Rusiyanin “S-400” zenit-raket kompleksləri tərəfindən ilk gündə vurulacaq. Bu haqda “Newsweek” nəşrinin müxbiri Devid Brennan ABŞ-ın Hərbi Hava Qüvvələrinin başçısı Hizer Uilsonun Senatın hərbi-hava qüvvələri üzrə yarımkomitəsində çıxışına istinadən yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Pxenyan nüvə silahından imtina etməsə, Koreya Xalq Demokratik Respublikasında Müəmmər Qəddafinin devrilməsi ilə nəticələnən Liviyadakı hadisələrin bənzəri baş verəcək”. Bu haqda ABŞ-ın vitse-prezidenti Maykl Pens bazar ertəsi “Fox News” telekanalına müsahibəsində bildirib.

“Kim Çen In üçün böyük səhv düşüncədir ki, o, Donald Trampla oynaya bilər”, - iyunun 12-də Sinqapurda planlaşdırılan ABŞ-Şimali Koreya sammitinin ləğvi ehtimalı haqqında danışan Pens vurğulayb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ çətin ki, Rusiya tərəfindən genişmiqyaslı müdaxilə halında Ukraynanın ərazisinə öz bölmələrini göndərsin, amma bundan daha əhəmiyyəti kömək göstərə bilər”. Bunu “ObozTV”nin efirində “Müharibənin hədləri” proqramında ABŞ-ın Hərbi-Dəniz Qüvvələrinin birinci dərəcəli kapitanı Harri Tabax bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukraynanın silahlı qüvvələri Donetsk vilayətinin Qorlovka rayonu ərazisində “Donetsk Xalq Respublikası” (“DXR”) separatçı rejimin döyüşçülərinin blok-postlarına hücüm edib. Bu haqda Donbasdakı Birləşmiş güclərin əməliyyat qərargahındakı mənbəyə istinadən “Strana.UA” portal bildirib.

“Qorlovka Debaltsevo və Yenakievoya hücum üçün strateji müharibə meydanıdır. Beləliklə, Donetsk ətrafında ilmə daralır”, - mənbə deyib.

Eyni zamanda, qərargahın nümayəndəsi iddia edib ki, Ukrayna Minsk razılaşmalarını pozmur: “Qorlovkanın ətrafında hündürlüklər boz zonaya aiddir. Və biz boz zonanı tutmaq hüququna malikik”, - Ukrayna ordusunun zabiti bildirib.

Qeyd edək ki, son günlərdə bu rayonda vəziyyət kəskin pişləşib. Dünən Ukraynanın silahlı qüvvələri “DXR-in nəzarətində olan Qorlovkaya hücum edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm