Qarabağda müharibə XƏBƏRDARLIĞI, ikinci CƏBHƏ… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Qarabağda müharibə XƏBƏRDARLIĞI, ikinci CƏBHƏ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Rusiya və Ermənistan xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. Ermənistanın baş naziri Nikol Paşinyan əhalini etiraz aksiyalarına son qoymağa çağırıb. İlk “F-35” qırıcısının Türkiyəyə veriləcəyi tarix açıqlanıb. İsrail hakimiyyəti Ramazan ayında Qəzza sakinlərini Qüds ərazisinə buraxmayacaq. Moskva ABŞ administrasiyasının İrana qarşı irəli sürdüyü şərtlərə reaksiya verib.

Rusiya xarici işlər naziri Sergey Lavrovla Ermənistanın yeni xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında telefon danışığı olub. Xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirə aparıblar.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, telefon danışığı mayın 23-də Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.

“Nazirlər ikitərəfli tədbirlər planını, eləcə də ATƏT-in Minsk qrupu həmsədrlərinin xətti ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə nəzərdə tutulan məsələləri müzakirə ediblər”, - Rusiya XİN-in məlumatında deyilir.

“Rusiya Dağlıq Qarabağ probleminin həllində həmişə rol oynayıb, bundan sonra da aktiv olmaqda davam edəcək”. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, artıq sınaqdan keçirilmiş və qəbul edilmiş metodlarla Qarabağ münaqişəsinin nizama salınmasına nail olmaq arzusu var.

“Rusiya münaqişə tərəfləri ilə sıx əlaqədədir və problemin həllində bundan sonra da aktiv rol oynayacaq”, - deyə o bildirib.

“Paşinyanın “Dağlıq Qarabağ Ermənistanın ayrılmaz hissəsidir” deyə səsləndirdiyi fikirlər diplomatdan daha çox, sadə insanın sözlərinə bənzəyir”. Bu barədə məşhur britaniyalı politoloq Tomas de Vall deyib.

Onun sözlərinə görə, Paşinyanın sərt mövqeyi vəziyyəti çətinləşdirir: “Görünür, o, milli təhlükəsizliyin təminatında öz mandatını təmin etmək və Qarabağdakı ermənilərlə birlikdə olduğunu inandırmaq istəyir”.

De Valın fikrincə, əgər Paşinyan Qarabağın müstəqilliyi və ərazilərin qaytarılmayacağı mövqeyində israr edərsə, bu, Bakı ilə danışıqlarda heç bir məsələyə yer qoymur və hər iki tərəfin müharibəyə qayıtması ilə nəticələnəcək.

“Azərbaycan Prezidenti İlham Əliyev isə susur və davakar bəyanatları müdafiə nazirinin, diplomatik bəyanatları isə xarici işlər nazirinin dili ilə səsləndirir. Azərbaycan prezidenti hələ ki, susur, lakin sonrakı dövrdə bu, belə olmayacaq. Ermənistan liderləri ehtiyatlı olmalıdırlar. Çünki Qarabağ üzrə danışıqlar prosesi nəzakətli konstruksiyadır. Onun iflası yeni münaqişəyə səbəb olacaq”, - deyə o bildirib.

Ermənistanın xarici işlər nazirinin müavini Savarş Koçaryan dünən jurnalistlərə açıqlamasında “Kazan planı”nın Dağlıq Qarabağın danışıqlarda iştirakını nəzərdə tutduğunu açıqladı. Söhbət 2010-cu ildə həmin vaxt Rusiya prezident olan Dmitri Medvedevin təşəbbüsü ilə keçirilən Kazan görüşündən sonra gündəmə gələn “Kazan düsturu”ndan gedir. Koçaryanın fikrincə, “Kazan düsturu” Qarabağın danışıqlar prosesində iştirakını təmin edir, hərçənd, bu təklifdə belə məqam yoxdur. Erməni siyasi şərhçi Akop Badalyan Koçaryanın dediklərinin yanlış olduğunu yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistanın baş naziri Nikol Paşinyan əhalini etiraz aksiyalarına son qoymağa çağırıb. Paşinyan əhalini hökumətə işləmək üçün şərait yaratmağa dəvət edib.

“Mənim üçün vətəndaşların etiraz aksiyalarını qurtarmağa və hökumətin işləməsinə imkan vermək çağırışına niyə reaksiya vermədikləri anlaşılmazdır. Xahiş edirəm, istisnasız olaraq hər kəs aksiyaya son verməli və problemlərin həlli üçün hökumətə işləmək imkanı yaratmalıdır”, - deyə o, feysbuk səhifəsində yazıb.

Paşinyan aksiyaların davam etməsini sabotaj kimi qiymətləndirdiyini açıqlayıb.

Qeyd edək ki, ekspertlər Paşinyanın Serj Sarkisyanın taleyini yaşaya biləcəyini istisna etmirlər.

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma rejimin keçmiş “müdafiə naziri”, hazırda həbsdə olan Samvel Babayan Xankəndində “məxməri inqilab” hazırlayır. Bu barədə Ermənistanın “Jamanak” qəzeti şəxsi mənbələrə istinadən yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İlk “F-35” beşinci nəsil qırıcı-bombardmançı iyunun 21-də Türkiyəyə veriləcək. Bu haqda Türkiyənin Müdafiə Sənayesi Müşavirliyinin nümayəndəsi bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ-ın dövlət katibi Mayk Pompeo mətbuat konfransı keçirib. Pompeo ölkəsinin İrana təqdim etdiyi 12 maddəlik şərtin yerinə yetirilməsinin mümkünsüz olmadığını bildirib:

“Şərtlərimizin tətbiq edilməsinin mümkünsüz olduğuna dair xəbərlər gördüm. Biz asan şərtlər təqdim etdik və açıq danışmaq lazımdırsa, dünyadakı bir çox ölkə bu şərtlərlə münasibətlər qurur. İran xalqının ölkələrinin bu şəkildə davranmasına son verəcək bir yol görmələrinə və o yolda irəliləmələrinə güvənirəm”.

Xatırladaq ki, Mayk Pompeo mayın 21-də "Heritage Foundation"da ABŞ-ın İranla nüvə sazişindən çıxışından sonra proqram nitqi ilə çıxış edib və İrana qarşı sanksiyaların yumşaldılması üçün İranın nüvə və raket proqramlarının dayandırılması üzrə 12 əsas şərtini açıqlayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ administrasiyasının İrana qarşı irəli sürdüyü şərtlər Tehran üçün şübhəsiz ki, qəbuledilməzdir. Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Görünür, ABŞ İran barəsində ultimatum və təhdid siyasətini qəti üstün tutub. Bu, İranın nüvə proqramı üzrə Birgə hərtərəfli İş Planının ruhuna uyğun deyil və normal dövlətlərarası münasibətlərin çərçivəsindən kənara çıxır”, - Zaxarova deyib.

“Hizbullah”ın Suriyadan çıxarılması müzakirə edilmir. Bu haqda Suriya Xarici İşlər nazirinin müavini Feysal Miqdad deyib.

“Biz heç kimə bu məsələni qaldırmağa belə imkan verə bilmərik. Dəməşq Rusiya, İran və Hizbullahın Suriyaya yardımını yüksək dəyərləndirir”.

İsrail hakimiyyəti Ramazan ayında Qəzza sakinlərini Qüds ərazisinə buraxmayacaq. Qərar İsrail və Qəzza sərhədində yaranan gərgin vəziyyətlə bağlıdır.

Xatırladaq ki, mayın 14-də İsraildə yeni Amerika səfirliyinin açılış mərasimi keçirilib. Qəzza-İsrail sərhədində keçirilən etiraz aksiyası zamanı İsrail əsgərlərinin açdığı atəş nəticəsində 65 fələstinli ölüb, 3000-ə yaxını yaralanıb.

İŞİD terror qruplaşmasının adi döyüşçülərinə verdiyi maaş 2016-cı ildən 90 faiz azalıb. Bu haqda Nyu-Yorkda keçirilən konsultasiyalarda Rusiyanın Xarici İşlər Nazirliyinin yeni çağırışlar və təhlükələr üzrə departamentin direktor müavini Dmitri Feoktistov bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Mayın 19-da Britaniyanın tabloid “The Sun” nəşri öz məqaləsində İŞİD-in Kiyevdə terror aktı törətmək təhlükəsindən yazdı. Nəşrin məlumatına görə, terrorçular “Telegram” messencerində Ukrayna paytaxtında terror aktları törədəcəklərinə işarə olunan bir neçə poster yerləşdiriblər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm