Qarabağda neytral zona daralır, təmas xəttində istehkamlar tikilir – Hədəflər raketlə VURULACAQ
Bizi izləyin

Nida Təhlil

Qarabağda neytral zona daralır, təmas xəttində istehkamlar tikilir – Hədəflər raketlə VURULACAQ

Ermənistanın xarici işlər naziri Zoqrab Mnasakanyan ABŞ prezidenti Donald Trampın Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubunda qeyd etdiyi “Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq, bu isə ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacaqdır” sözlərini şərh edib.

Mnasakanyan deyib ki, “danışıqlar Minsk qrupunun himayəsi altında yenilənməlidir, lakin Ermənistanın maraqları və hədəfləri öz əksini tapmalıdır, xüsusilə də Qarabağda “xalqın öz müqəddəratını təyin etmə” prinsipi əsas götürülməlidir. Bakı İrəvanın bu tələbini danışıqları pozmaq cəhdi adlandırır. Ekspertlər isə hesab edirlər ki, danışıqlar artıq ikinci mərhələyə keçir və cəbhədə toqquşmaların baş verməsi ehtimalı hər keçən gün daha da reallaşır.

Publika.az xəbər verir ki, Donald Trampın İlham Əliyevə yazdığı məktubda qeyd olunan fikirlər ABŞ-ın Qarabağ münaqişəsinin həlli üçün yeni plan hazırlığında olması fikrini gücləndirir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Lakin İrəvanda düşünürlər ki, danışıqlar arxa plana keçəcəksə, heç bir plan işə yaramayacaq və təmas xəttində raketlər işə düşəcək.

Erməni ekspert Naira Ayrumyan yazır ki, hərbi mənbələr təmas xəttində hər iki tərəfin istehkamlar tikdiyi haqda məlumatlar verirlər.

“Bu isə neytral zonanın sıradan çıxması ilə nəticələnəcək. Neytral zonanın sıfırlanması müharibənin başlanması deməkdir”, - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm