Zahid Oruc Ermənistan əhalisinə çağırış etdi
Bizi izləyin

Nida Xəbər

Zahid Oruc Ermənistan əhalisinə çağırış etdi

"Silahı yerə qoyan erməniləri daha yaxşı perspektiv gözləyir".

Millət vəkili Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı Ermənistan əhalisinə çağırış edib.

Publika.az xəbər verir ki, Zahid Oruc erməniləri silahları atıb təslim olmağa çağırıb:

“Azərbaycan dövləti Xocalı qatilləri olan erməniləri heç zaman bağışlamayacaq. Digər ermənilər silahı yerə qoyub təslim olsa, onları firəvan Azərbaycan vətəndaşlığı gözləyir. Azərbaycan dövlətini, Konstitusiyasını, ərazi bütövlüyünü qəbul edən, silahı yerə qoyan erməniləri daha yaxşı perspektiv gözləyir. Amma Xocalı faciəsini və xalqımıza qarşı digər cinayətləri törətmiş ermənilər bağışlanılmayacaq”.

Z.Oruc qeyd edib ki, Azərbaycan hökuməti Qarabağ ermənilərinə müraciət etməlidir:

“Doğrudur, bu müraciətin də perspektivli olması inandırıcı deyil. Amma biz öz borcumuzdan çıxmalıyıq. Biz Dağlıq Qarabağ ermənilərinə deməliyik ki, sizi Qarabağda girov saxlayan Ermənistan hakimiyyətidir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm