Pakistanlı sahibkarlar Bakıya gəlir
Bizi izləyin

Nida Xəbər

Pakistanlı sahibkarlar Bakıya gəlir

Dekabrın 6-da Bakıda Azərbaycan-Pakistan biznes forumu keçiriləcək.

Dekabrın 6-da Bakıda Azərbaycan-Pakistan biznes forumu keçiriləcək.

Publika.az xəbər verir ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) verilən məlumata görə, forumda qida sənayesi, toxuculuq məmulatları istehsalı, əczaçılıq, idman inventarı istehsalı və iqtisadiyyatın digər sahələrində ixtisaslaşmış Pakistan şirkətllərinin nümayəndələri iştirak edəcəklər.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycan və Pakistan arasında mal dövriyyəsi 2016-cı ilin yanvar-oktyabr aylarında 5,82 milyon dollar təşkil edib ki, bu da 2015-ci ilin analoji dövrü ilə müqayisədə 3,6 dəfə çoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm