Mariya Zaxarova: “Bakı və Moskva dünyaya çağırışlar edir”
Bizi izləyin

Nida Xəbər

Mariya Zaxarova: “Bakı və Moskva dünyaya çağırışlar edir”

Rusiya və Azərbaycan bu gün pozitiv münasibətlərə malikdir

“Rusiya və Azərbaycan bu gün pozitiv münasibətlərə malikdir”.

Publika.az
xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova son günlər Rusiya və Azərbaycanın yüksək səviyyəli şəxslərinin qarşılıqlı səfərlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, iki ölkəni münasibətlərinin səviyyəsi sabit olaraq qalır: “Bu münasibətlər bizim ölkələrimizin rəhbərləri tərəfindən qurulub və uyğun sənədlərlə möhkəmləndirilib. Mən deyərdim ki, bu səfərlər əlaqələrin yüksək səviyyəsinin gündəlik təzahürləridir”.

M.Zaxarova Rusiya və Azərbaycanın birgə mədəni, humanitar tədbirlər keçirməsinə də diqqət çəkib.

“Bütün dünya üçün çətin bir vaxtda biz bunu həyata keçiririk. Hansı ki, bu cür tədbirlər təkcə ikitərəfli münasibətləri möhkəmləndirmir, həm də beynəlxalq münasibətlərə pozitiv çağırışlar edir. Çünki hazırda beynəlxalq münasibətlərdə pozitivlik çatışmır”, - deyə o vurğulayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm