• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Qarabağda xeyli erməni əsgər yaralandı

Qarabağda xeyli erməni əsgər yaralandı

Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində bir neçə erməni əsgər yaralanıb.

Modern.az saytı Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, onların işğalçı ordunun nəzarəti altındakı Xocavənd rayonunda güllə yarası aldıqları bildirilir.

Ermənistan Müdafiə Nazirliyi Mərkəzi Hərbi Klinik Hospitalının direktoru Aram Asaturyan bildirib ki, yaralanmış əsgərlərdən ikisinin vəziyyəti ağırdır, onların həyati təhlükəsi var.

Məlumata görə, ağır yaralanmış hərbçilər 24 yaşlı Xadjik Badalyan və 19 yaşlı Karapet Mikaelyandır.

Onlardan biri qarın nahiyəsisindən və sağ budundan qəlpə yaraları alıb. Digərinin başından yaralandığı söylənilir. Erməni hərbçilərin hansı şəraitdə yaralandığı barədə hələ ki rəsmi məlumat açıqlanmasa da, sosial şəbəkələrdə hadisənin Azərbaycan tərəfinin açdığı atəş nəticəsində baş verdiyi bildirilir.

Hər iki hərbçinin Xankəndindəki hospitaldan Yerevandakı hərbi xəstəxanaya aparıldığı qeyd olunur. Daha bir erməni əsgərin isə Xankəndi hospitalında olduğu bildirilir. Ermənistan tərəfi hələ ki yaralı sayının neçə nəfər olduğunu rəsmən açıqlamayıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR