Komitə sədri: “Cəbhəyanı bölgələrə xüsusi diqqət ayrılmalıdır”
Bizi izləyin

Nida Xəbər

Komitə sədri: “Cəbhəyanı bölgələrə xüsusi diqqət ayrılmalıdır”

“Digər büdcələr kimi 2017-ci ilin büdcəsi zərfinin sosial yönümlülüyü saxlanılıb”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bu gün parlamentdə keçirilən büdcə müzakirələri zamanı bildirib.

F.Muradov deyib ki, büdcədə cəbhəyani bölgələrə xüsusi diqqət ayrılmalıdır:

“Çünki onlar daim mənfur ermənilərin təzyiqləri altındadırlar”.

Son illər İqtisadiyyat Nazirliyi tərəfindən aparılan islahatları müsbət qiymətləndirən F.Muradov deyib ki, görülən işlər mütləq şəkildə davam etidirilməlidir:

“Büdcədə gənclər və idman siyasəti ilə bağlı xərclər azalmayıb. Çoxalma olmasa da, bəzi istiqamətlər üzrə müəyyən dəyişiklik etmək olar. Gənclər siyasətinin əsas istiqaməti dövlət siyasətinin davamı təşkil edir. Bu baxımdan bu sahəyə qoyulan vəsait digərlərindən daha vacibdir”.

Deputat qeyd edib ki, son dövrlər büdcə layihəsi dünyada gedən qlobal iqtisadi böhranı nəzərə almaqla, ölkə Prezidentinin apardığı düzgün siyasət nəticəsində əldə olunan iqtisadi nailiyyətlər zəminində tərtib edilib. Millət vəkilləri 2017-ci ilin büdcəsini dəstəkləyir və dünyada gedən problemlərin tezliklə həll olunacağına inanır. Manata inamın bərpa olunması hökumətin ən vacib iqtisamətlərindən biri olmalıdır. Maliyyə bazarında gedən proseslərin texniki səbəbləri ilə yanaşı, mənəvi məsələləri də var. Mənəvi məsələ də məhz manata olan inamla bağlıdır. Bu proses digər ölkələrdə də gedir. Misal üçün Türkiyədə də vəziyyət eynidir. Bu baxımdan düşünürəm ki, bunun arxasında siyasi proseslər dayanır”.

Vitse-spiker Bahar Muradova isə F.Muradovun çıxışına cavab olaraq bildirib ki, manatın qorunması çox vacibdir:

“Ancaq mən düşünmürəm ki, onu xilas etmək lazımdır. Hesab edirəm ki, manatı qorumaq lazımdır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm