• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Trampın köməkçisi telefonda Sarkisyana nələr dedi? - DETALLAR

Trampın köməkçisi telefonda Sarkisyana nələr dedi? - DETALLAR

ABŞ-ın yeni vitse-prezidenti Maykl Pens Ermənistan prezidenti Serj Sarkisyanla telefonda danışıb.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Maykl Pens Sarkisyanla ABŞ-Ermənistan münasibətləri və bir sıra məsələləri müzakirə edib. Lakin telefon danışığının detalları açıqlanmır.

Ermənistanın “lragir” saytı yazır ki, ABŞ-ın yeni administrasiyası Ermənistanla Dağlıq Qarabağ münaqişəsinə və erməni-türk münasibətlərinə görə müzakirə apara bilər.

“Donald Tramp seçki öncəsi Rusiya ilə münasibətləri düzəldəcəyini açıqlayırdı. Lakin onun hazırki təyinatları anti-Rusiya ritorikasına malik olan şəxslərdir. Bu, o deməkdir ki, Rusiya ilə münasibətlər müəmmalıdır. Yeni vitse-prezidentin Sarkisyana zəng etməsi də məhz gələcəkdə regiona dair planlara aid ola bilər. Bu baxımdan, Pensin Dağlıq Qarabağ münaqişəsini və erməni-türk münasibətlərini müzakirə etməsi ehtimalı böyükdür. Lakin məlumdur ki, Dağlıq Qarabağ məsələsində Türkiyə Azərbaycanı dəstəkləyir. Ankara erməni-türk münasibətlərinin də yalnız münaqişənin Azərbaycanın istədiyi şəkildə həll olunacağı təqdirdə düzələcəyini vurğulayır. Pens Sarkisyandan Qarabağ məsələsində güzəşt etməyini istəyib? Ümumiyyətlə, Trampın Cənubi Qafqaz siyasəti Obamadan nə qədər fərqlənəcək? Bu suallar açıq qalır”, - deyə sayt qeyd edib.

Sayt əlavə edib ki, telefon danışığında Ermənistanda demokratiya mövzusu da əsas olub: “Bu günlərdə ABŞ hökumətinin Ermənistanın parlament seçkilərini demokratik və şəffaf keçirməsini istəyən bəyanatı yayıldı. Mümkündür ki, yeni administrasiyanın vitse-prezidenti Ermənistana yumşaq xəbərdarlıq edib ki, hakimiyyət seçkilərlə bağlı qəbul etdiyi öhdəlikləri yerinə yetirməsə, bu hansı iqtisadi və siyasi nəticələrə gətirib çıxara bilər”.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR