Heydər Camalın son müsahibəsi: “Erməni müdir məni universitetdən qovdurdu” - - VİDEO
Bizi izləyin

Nida Xəbər

Heydər Camalın son müsahibəsi: “Erməni müdir məni universitetdən qovdurdu” - - VİDEO

H.Camal yatakdumayu.ru saytına sonuncu müsahibəsində öz həyatından, uşaqlıq illərindən danışıb.

Rusiya İslam Komitəsinin sədri, məşhur azərbaycanlı politoloq Heydər Camal dünən 70 yaşında vəfat edib.

Publika.az
H.Camalın Rusiya mediasına son müsahibəsində dediyi fikirləri təqdim edir.

H.Camal yatakdumayu.ru saytına sonuncu müsahibəsində öz həyatından, uşaqlıq illərindən danışıb.

“Mən nomenklatura ailədə doğulmuşam. Atamla anam tez boşandılar. Ana babamın himayəsində böyümüşəm. O, yaxşı insan idi, amma çox sərt idi. Anam da çox sərt insan idi. Nənəmlə yaşayırdım. Birinci sinfə gedəndə o öldü. Bioqrafiyam haqqında yazılanlarda göstərilir ki, nənəm məni himayə edib. Bu, tam olaraq doğru deyil. Çünki mənim cəmi yeddi yaşım olanda o öldü. O, yalnız məni birinci sinfə aparmağa macal tapdı. Lakin ondan mənə kitabxana qalmışdı və bu, mənim yeganə mühitim idi. 1954-cü ildə məktəbə getmişəm, hansı ki, həmin vaxt Stalin ölmüşdü və SSRİ-də qarışıqlıq yaranmışdı”, - deyə o bildirib.

H.Camal siyasətlə hələ 10 yaşından maraqlandığını deyib: “12 yaşımda isə fəlsəfəyə meyl etdim. Lap əvvəldən anti-sovet mövqeyində idim. Buna görə də öz düşmənlərimin dünyagörüşü ilə tanış olmaq qərarına gəldim. Buna görə də yeddinci sinifdə olarkən marksizmi öyrənməyə başladım. Həmin vaxt “Kapital” əsərini oxudum. Məktəbdən evə gəlir və diqqətlə oxuyurdum. Maraq dairəm də müxtəlif idi, həmçinin, xarici dillərlə maraqlanırdım”.

O, tələbəlik illərdindən və universitetdən qovulmasından da danışıb.

“Universitetə heç bir himayə olmadan asanlıqla qəbul olundum. Lakin dekanın da diqqətini çəkmişdim. Çünki mənim şərqli sifətim var idi. Bığlar, dalğalı saçlar və ərəb adı. Məni “Şərq dilləri institutunun” ərəb bölməsinə qəbul etdilər. İndi o, Asiya və Afrika ölkələri İnstitutu adlanır. Lakin universitetdə uzun müddət oxuya bilmədim. Mənim ərəb dili kafedrasının müdiri Qraçiya Mikayel ilə münaqişəm yarandı. Mən türk idim, o isə erməni. Komsomol işində iştirak etmir, tədbirlərə getmirdim. Nəticədə, məni qovdular və əsgərliyə getdim. Orduda komsomol andı içməkdən imtina etdim. Artıq məni belə qəbul edirdilər”, - deyə o bildirib.

Qeyd edək ki, H.Camal 1947-ci il 6 noyabrda anadan olub. Onun atası rəssam Cahid Camal, anası isə peşəkar atçı İrina Şapovaladır. Əslən şuşalı olan H.Camal ata tərəfdən Qarabağın məşhur Sarıcalılar, ana tərəfdən isə general Şepelevin nəslindəndir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm