Azərbaycanda Dövlət Qulluğu Təlim Mərkəzi açılacaq
Bizi izləyin

Nida Xəbər

Azərbaycanda Dövlət Qulluğu Təlim Mərkəzi açılacaq

Azərbaycanda dekabrın 8-də Dövlət Qulluğu Təlim Mərkəzinin açılışı olacaq.

BMT-nin Azərbaycandakı ofisindən "Report"a verilən məlumata görə, mərkəz BMT İnkişaf Proqramı (BMT İP) və Avropa İttifaqının birgə layihəsi çərçivəsində Azərbaycan Dövlət İdarəçilik Akademiyası ilə əməkdaşlıq çərçivəsində yaradılıb.

Açılış mərasimdə BMT İP-in Azərbaycandakı rezident nümayəndəsi Qulam İshaqzai, Avropa İttifaqının səfiri Malena Mard, Akademiyanın rektoruUrxan Ələkbərov və bir sıra rəsmilər iştirak edəcək.

Xatırladaq ki, bu, BMT İP-in Dövlət İdarəçilik Akademiyası ilə birgə dövlət qulluğu ilə bağlı həyata keçirilən birinci layihə deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm