Fransalı nazirin adı Azərbaycanın "qara siyahı"sında
Bizi izləyin

Nida Xəbər

Fransalı nazirin adı Azərbaycanın "qara siyahı"sında

Qanun qanundur və hamıya da eyni cür şamil olunur.

"Fransanın yeni daxili işlər naziri Bruno Le Ru Fransa parlamentinin üzvü statusunda 2015-ci ilin sentyabr ayında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfər edib. Onun adı arzuolunmaz şəxslər siyahısındadır".

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının qanunları, ərazi bütövlüyü və suverenliyini pozaraq işğal olunmuş ərazilərə qeyri-qanuni səfər edən hər bir əcnəbi vətəndaş tutduğu vəzifə mövqeyindən və kimliyindən asılı olmayaraq "arzuolunmaz şəxslər" siyahısına daxil edilir: "Qanun qanundur və hamıya da eyni cür şamil olunur".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm