Qarabağla bağlı 3+2 formatında görüş müzakirə olunur
Bizi izləyin

Nida Xəbər

Qarabağla bağlı 3+2 formatında görüş müzakirə olunur

Hələlik bu formatda görüşün keçirilməsi üçün son razılıq yoxdur.

“ATƏT Xarici İşlər Nazirləri Şurasının Hamburqda keçirilən toplantısında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı 3+2 formatında görüşün keçirilməsi müzakirə olunur”.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, hələlik bu formatda görüşün keçirilməsi üçün son razılıq yoxdur.

Qeyd edək ki, 3+2 formatında görüşdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri, həmçinin, ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı nəzərdə tutulur.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm