Nida Xəbər
ABŞ terrorçulara Azərbaycana hücum üçün tribuna verdi – ŞOK ADDIM
Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində
yaratdığı qondarma “DQR”-in “baş naziri” Araik Artünyan ABŞ
Konqresində çıxış edib.
Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki,
dekabrın 6-da separatçı rejimin “baş naziri” Konqesdə “DQR”-in “25
illik müstəqillik yubileyi”nə həsr olunmuş tədbirdə iştirak
edib.
Tədbirdə Azərbaycan Ordusunun aprel ayında işğal olunmuş
ərazilərin müəyyən qismini azad etməsi tənqid olunub.
Separatçı “baş nazir” Konqresdə çıxışı zamanı Azərbaycana qarşı
qondarma ittihamlar irəli sürüb.
Araik Artünyan Qarabağda Livan biznesmenlərinin, məşhur italyan
markalarının fəaliyyət göstərdiyini deyib. Lakin iqtisadi
vəziyyətin pis olduğunu deyərək, Konqresdən maliyyə yardımı
istəyib.
Separatçı “baş nazir” çıxışını əsasən Azərbaycana ittiham üzərində
qurub.
Qeyd edək ki, ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır, həmçinin,
Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini aparan ATƏT-in Minsk
qrupunun həmsədr ölkələrindən biridir. Konqresdə separatçı rejimin
yubileyinin keçirilməsi, bu rejimin “baş nazir”inin çıxış etməsi
Amerika siyasətinə ziddir. Bu, faktiki olaraq, erməni
terrorçularını dəstəkləməkdir.
Asif
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama
-
İdman12:20
Onun ilk çılpaq fotosessiyanın pulunu Maradona ödəyib - FOTOLAR