ATƏT sədri: “Qarabağ münaqişəsi narahatlıq mənbəyi olaraq qalır”
Bizi izləyin

Nida Xəbər

ATƏT sədri: “Qarabağ münaqişəsi narahatlıq mənbəyi olaraq qalır”

Bu ilin aprel ayında vəziyyətin gərginləşməsi münaqişənin ciddi təhlükə olduğunu göstərdi.

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət narahatlıq mənbəyi olaraq qalır”.

Publika.az xəbər verir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer ATƏT Xarici İşlər Nazirləri Şurasının Hamburqda keçirilən 23-cü iclasında çıxışı zamanı deyib.

F. Ştaynmayer qeyd edib ki, bu ilin aprel ayında vəziyyətin gərginləşməsi münaqişənin ciddi təhlükə olduğunu göstərdi.

“Baş verənlər göstərdi ki, atəşkəsi möhkəmləndirmək və münaqişənin həll yolunu tapmaq üçün düzgün müzakirələr apardığımıza əmin olmalıyıq”, - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm