Elmar Məmmədyarov: “Putinə bunun üçün təşəkkür edirik”
Bizi izləyin

Nida Xəbər

Elmar Məmmədyarov: “Putinə bunun üçün təşəkkür edirik”

Status-kvo dayanıqlı ola bilməz və dəyişməlidir.

“Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan silahlı qüvvələrinin qeyri-qanuni olması münaqişənin eskalasiyasının əsas səbəbi olaraq qalır”.

Publika.az xəbər verir ki, bunu ATƏT Xarici İşlər Nazirləri Şurasının Hambuqrda keçirilən 23-cü iclasında çıxışı zamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Onun sözlərinə görə, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal altında saxlanılması siyasi nizama salınma üçün əsas maneədir: “Cari ilin aprelində münaqişənin eskalasiyası onu göstərdi ki, təmasın xəttində indiki vəziyyət təhlükəlidir və o, istənilən vaxt pisləşə bilər. Status-kvo dayanıqlı ola bilməz və dəyişməlidir”.

Vyana və Sankt-Peterburq müzakirələrini yüksək qiymətləndirdiklərini deyən E.Məmmdəyarov bildirib ki, bunları düzgün istiqamətdə atılan addımlar hesab edir. Həmsədrlərə və xüsusilə Rusiya prezidenti Valdimir Putinə bu istiqamətdə göstərdiyi səylərinə görə təşəkkür edən nazir bu dinamikanın saxlanılmasının vacibliyini qeyd edib.

Azərbaycan xarici siyasət idarəsinin başçısı vurğulayıb ki, münaqişənin nəticələrinin mərhələli şəkildə aradan qaldırılması, o cümlədən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, nəqliyyat əlaqələrinin bərpası və məcburi köçkünlərin öz torpaqlarına qaytarılması ümumilikdə münaqişənin həllinə imkan verəcək. Elmar Məmmədyarov bu yanaşmanın BMT-nin müvafiq qətnamələrində də göstərildiyini xatırladıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm