Nida Xəbər
“Razılaşmanı yerinə yetir” - Kremldən İrəvana Qarabağ TƏLƏBİ
Rusiya xarici işlər naziri Sergey Lavrov Hamburqda
bildirdi ki, Dağlıq Qarabağ münaqişəsində əvvəldən əldə olunmuş
razılıqlara əməl olunmalıdır. Bu, Rusiyanın əvvəlki razılaşmaları
qaytarmaq istəyindən xəbər verir.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın “lragir”
saytı yazıb.
Sayt qeyd edir ki, Lavrovun bu sözləri ABŞ və Fransaya, o cümlədən
Ermənistana ünvanlanıb: “İstisna deyil ki, Lavrov Ermənistana “nail
olunmuş razılıqları” xatırladır. Bu, aprel müharibəsindən sonra
Serj Sarkisyanın danışdığı razılaşmadır. Sarkisyan “Blomberg” və
Dmitri Kiselyova müsahibəsində “Kazan formulu”ndan danışdı. O
təsdiqlədi ki, söhbət Qarabağın statusu müəyyən olunmadan
ərazilərin qaytarılmasından gedir və Ermənistan bununla razılaşıb.
İndi razılaşmalardan geri çəkilir və Qarabağın statusunun
tanınmasında təkid edir”.
Sayt yazır ki, aprel müharibəsindən sonra Bakı və Ankara ərazilərin
qaytarılması ilə bağlı Moskvaya təzyiq edir.
“Rusiya apreldən sonra Ermənistanın təhlükəsizliyini əvvəlki kimi
dəstəkləyə bilmir, həmçinin, İrəvanı əvvəlki razılaşmalara
qaytarmağa məcbur edir”, - deyə sayt yazıb.
Asif
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA