Əli Əhmədov: “ATƏT-in tərkibində qalmağa ehtiyac varmı?”
Bizi izləyin

Nida Xəbər

Əli Əhmədov: “ATƏT-in tərkibində qalmağa ehtiyac varmı?”

“Dağlıq Qarabağ münaqişəsi beynəlxalq prinsiplər və hüquq normaları əsasında gec-tez həll olunacaq. Bunu işğalçı Ermənistan da yaxşı anlayır”.

“Dağlıq Qarabağ münaqişəsi beynəlxalq prinsiplər və hüquq normaları əsasında gec-tez həll olunacaq. Bunu işğalçı Ermənistan da yaxşı anlayır”.

Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov bildirib.

Ə.Əhmədov deyib ki, əks halda, münaqişənin həlli üçün Azərbaycan öz imkanlarından istifadə edəcək: “Ermənistan tərəfindən atılan qeyri-konstruktiv addımlar hazırkı status-kvonunun qorunub saxlanmasına xidmət edir. Ermənistan bununla münaqişənin həllini mümkün qədər ləngitməyə çalışır”.

Ə.Əhmədov vurğulayıb ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllini mümkün qədər uzatmağa çalışır:

“Ona görə də ayrı-ayrı görüşlərdə iştirak etməkdən boyun qaçırmaq yolunu seçib. Ermənistan öz qeyri-konstruktiv mğvqeyindən əl çəkmir. Bu yolla münaqişənin nizama salınmasına əngəl törədir, status kvonu qoruyub saxlamağa çalışır”.

ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin mövqeyinə də toxunan Ə.Əhmədov qeyd edib ki, istənilən münaqişənin həllində vasitəçilik edən ölkələr tərəfsiz olmalıdır:

“Amma təəssüf ki, ATƏT-in Minsk qrupu ölkələri ilə bağlı bunu demək çətindir. Əlbəttə, mən ATƏT-in Minsk qrupunun fəaliyyətini heçə endirmək istəməzdim. Amma reallıq budur ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı onların 20 illik fəaliyyətində heç bir nəticə yoxdur. Belə olan halda qrupun fəaliyyətində kardinal dəyişiklik tələb olunur. Bunun hansı formada olmasını deyə bilmərəm. Amma bu dəyişiklik olmayacaqsa, Azərbaycanda belə bir sual yaranacaq: ATƏT-in tərkibində qalmağa və yaxud Minsk qrupunun bundan sonrakı fəaliyyətinə ehtiyac varmı? Bu sual bizi düşündürəcək”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm