Fəttah Heydərov: “Azərbaycan Heydər Əliyevin yaratdığı şah əsərdir”
Bizi izləyin

Nida Xəbər

Fəttah Heydərov: “Azərbaycan Heydər Əliyevin yaratdığı şah əsərdir”

Heydər Əliyev nümunəvi bir dövlət yaradıb.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov və Şura üzvləri ulu öndər Heydər Əliyevin vəfatının növbəti ildönümü ilə əlaqədar bu gün Fəxri Xiyabanı ziyarət ediblər.

Publika.az xəbər verir ki, Fəttah Heydərov və Şura üzvləri Heydər Əliyevin və oftalmoloq, akademik Zərifə Əliyevanın məzarlarına gül dəstələri düzüblər.

Millət vəkili Fəttah Heydərov jurnalistlərə açıqlamasında deyib ki, müasir Azərbaycan dövlətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub:

“Heydər Əliyev 20-ci əsrin ən işıqlı insanlardan biri idi. Azərbaycan dövləti Heydər Əliyevin yaratdığı şah əsərdir və indi dünyanın hər yerində tanınır. Heydər Əliyev nümunəvi bir dövlət yaradıb. Ulu öndərin yolu, onun ideyaları Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm