YAP funksionerləri Fəxri Xiyabanı ziyarət etdi
Bizi izləyin

Nida Xəbər

YAP funksionerləri Fəxri Xiyabanı ziyarət etdi

Dekabrın 12-də ulu öndər Heydər Əliyevin vəfatının 13 ili tamam olacaq.

Ulu öndər Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) funksionerləri və rəsmi nümayəndələri, o cümlədən millət vəkilləri və ziyalılar bu gün Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Publika.az xəbər verir ki, ziyarətçilər Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Xatırladaq ki, dekabrın 12-də ulu öndər Heydər Əliyevin vəfatının 13 ili tamam olacaq.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm