Fransadakı səfirimiz “erməni soyqırımı” məsələsində türkiyəlilərə üz çevirib? - İDDİA
Bizi izləyin

Nida Xəbər

Fransadakı səfirimiz “erməni soyqırımı” məsələsində türkiyəlilərə üz çevirib? - İDDİA

Bununla yanaşı, qondarma “erməni soyqırımı” məsələsində türk təşkilatlarına dəstək verilmir.

“Keçmişdən günümüzə qədər müsəlman-türk millətinə qarşı qarayaxma kampaniyası aparan erməni lobbisi son zamanlar Avropada fəaliyyət göstərən təşkilatlarımıza hüquq yolu ilə savaş açıb”.

Publika.az xəbər verir ki, bu sözləri Əsilsiz Erməni İddiaları ilə Beynəlxalq Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksal Gülbey deyib.


Onun sözlərinə görə, bu təşkilatların rəhbərliyində təmsil olunan və üzvü olan şəxslər Türkiyə-Azərbaycan milli məsələlərini müdafiə etdikləri üçün deportasiya edilmə təhlükələri ilə üzləşirlər.

G.Gülbey iddia edib ki, Azərbaycanın Fransadakı səfirliyi bu ölkədə fəaliyyət göstərən Türkiyə türklərinin yaratdığı təşkilatdan üz çevirib:

“Halbuki həmin təşkilat 10 ildir fəaliyyət göstərir və Qarabağ məsələsini, həmçinin, Azərbaycan mədəniyyətini Avropada təbliğ edir. Lakin Azərbaycan səfirliyi bu təşkilatdan üz çevirərək, yeni diaspor təşkilatı yaradıb. Yeni təşkilatın rəhbərliyinə də bir xanımı gətiriblər. Bununla yanaşı, qondarma “erməni soyqırımı” məsələsində türk təşkilatlarına dəstək verilmir. Türklər “biz illərdir Azərbaycana kömək etmişik, siz qondarma “erməni soyqırımı” məsələsində bizi niyə tək buraxırsınız?” deyə soruşanda deyirlər ki, bu, Türkiyənin şəxsi məsələsidir. Azərbaycanın Fransadakı səfiri həmçinin deyib ki, “biz Azərbaycanın məsələsini azərbaycanlılarla həll edəcəyik. Buna gücümüz çatar”. Türkiyə təşkilatlarına heç bir dəstək vermirlər”, - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm