Qarabağın qaytarılmasını tələb edən erməni yazarın 4 yaşlı qızını... – DƏHŞƏTLİ VƏZİYYƏT - – FOTO
Bizi izləyin

Nida Xəbər

Qarabağın qaytarılmasını tələb edən erməni yazarın 4 yaşlı qızını... – DƏHŞƏTLİ VƏZİYYƏT - – FOTO

"Bir neçə nəfərin o biri dünyaya gedəcəyinə zamin durmuram"

Bir müddət öncə Bakıya səfər edərək, Sülh Platformasına dəstək verən, Qarabağın Azərbaycana qaytarılmasını tələb edən və Xocalı soyqırımı abidəsini ziyarət edən məşhur erməni yazar Vahe Avetyan İrəvana səfər edəcək.

Publika.az xəbər verir ki, bu barədə V. Avetyan öz “facebook” səhifəsində yazıb.

Erməni yazar qeyd edib ki, ədəbi və siyasi fəaliyyətinə görə 25 il ərzində hücumlara məruz qalıb:

“Lakin Azərbaycanın “CBC” telekanalına müsahibə verəndən və Azərbaycan xalqına başsağlığımı çatdırandan sonra mənə qarşı mütəşəkkilliyinə və miqdarına görə böyük hücumlar başlandı. Mənə minlərlə məktub gəlir, mərhum valideynlərimi, ailəmi, yaxınlarımı söyürlər və hətta 4 yaşlı qızımı zorlayacaqlarını və öldürəcəklərini deyirlər. Bütün bunların internetdə açıq şəkildə müzakirə olunmasına baxmayaraq, heç bir hüquq müdafiəçisi, jurnalist bu coşmuş itləri ağıllandırmağı öhdəsinə götürmür. Buna görə də sizə müraciət edirəm. Mənim ölkəmdə azad media yoxdur. Qrantları ilə cinayətkarları bəsləyən demokratik ölkələrin səfirlikləri bu haqda susur. Bu sükut sürgündə olan erməni yazıçıları üçün 10 illərlə davam edəcək. Bu insanların sükutu polis də daxil olmaqla, savadsız tör-töküntülərdə cəzasızlıq hissi yaradır. Heç kim mənimlə debata çıxmır”.

V.Avetyan Ermənistanda rəsmi medianın da onun qətlinə çağırışlar etdiyini yazıb.

“Arovat”, “Xayos Aşxar” qəzetləri, “1in” saytı, “Van radiosu” və digərləri açıq mətnlə məni öldürməyə çağırırlar. Mən bu mətnləri dərc etməyi və Bakıda bütün demokratik ölkələrin səfirliklərinə çatdırmağı xahiş edirəm. Mən yazda İrəvana səfər etməyi planlaşdırıram. Əgər erməni polisi, xunta, rüşvət alan hüquq müdafiəçiləri, demokratik ölkələrin səfirliklərindən qrant alan cinayətkarlar mənə qarşı hücumu dayandırmayacaqlarsa, onda mən bir neçə nəfərin o biri dünyaya getməyəcəyinə zamin durmuram. Mənə fiziki hücum ediləcəksə, qabaqcadan xəbərdarlıq edirəm ki, məsuliyyət məndə deyil”, - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm