Hikmət Babaoğlu: "“Human Rights Watch”-ın hesabatı qeyri-obyektiv və qərəzlidir"
Bizi izləyin

Nida Xəbər

Hikmət Babaoğlu: "“Human Rights Watch”-ın hesabatı qeyri-obyektiv və qərəzlidir"

Hesabat milli dövlətin daxilində qeyri-sabitlik yaratmağa çalışan müəyyən anti-azərbaycançı mərkəzlərin sifarişi ilə hazırlanıb.

“Human Rights Watch” təşkilatının 2016-cı il üçün hazırladığı hesabat əvvəlki illərdəki kimi qeyri-obyektiv və qərəzlidir”.

Bu fikri yap.org.az saytına “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, hesabata nəzər saldıqda aydın olur ki, hesabat milli dövlətin daxilində qeyri-sabitlik yaratmağa çalışan müəyyən anti-azərbaycançı mərkəzlərin sifarişi ilə hazırlanıb.

“Hesabatda Azərbaycan müxtəlif sahələrdə qərəzli, qeyri-obyektiv şəkildə tənqid edilib. Məsələn, Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü təşkilatına qoşulmaması tənqid edilib. Bundan başqa, jurnalistlərin əfv edilməsi məsələsinə də qərəzli qiymət verilir”, - deyən H.Babaoğlu əlavə edib ki, hətta əfv kimi humanist bir aksiyanın belə tənqid edilməsi, insan hüquqlarının manipulyasiya vasitəsinə çevrilməsi məhz “Human Rights Watch” təşkilatının imperializmin təbliğat ruporu kimi çıxış etdiyini göstərir. Bu təşkilatın müdafiə etdiyi məsələlərin əksəriyyətinin anti-azərbaycançı şəbəkənin sifarişi ilə həyata keçirildiyini və eyni mərkəzdən idarə olunduğunu deyən millət vəkili əlavə edib ki, ölkəmizdə Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü təşkilatına qoşulmaqla bağlı məsələni bir neçə gün əvvəl Ermənistanın bəhs olunan təşkilata qoşulmasını təqdir etməklə informasiya dövriyyəsinə daxil etməyə çalışmışdılar: “Bir qədər sonra isə “Human Rights Watch” təşkilatının dünya hesabatında bu məsələnin öz əksini tapması onu göstərir ki, bu təşkilat və onun Azərbaycandakı şəbəkəsinin üzvləri arasında sıx əlaqə var. Bu məsələnin Ermənistanla müqayisədə kontrast yaradılaraq ictimai rəyə təqdim edilməsi, əslində, Ermənistanı öndə göstərmək cəhdlərinin davamıdır. Məqsəd Azərbaycanın milli maraqlarına zərbə vurmaqdır”.

Hikmət Babaoğlu vurğulayıb ki, təkcə sadalanan məqamlar bu təşkilatın imperialist mərkəzlərin direktivləri əsasında hərəkət etdiyini, ölkəmizlə bağlı məqamların isə anti-Azərbaycan dairələrin siyasi sifarişi əsasında hazırlandığını göstərir: “Bu təşkilatın məqsədi heç də qlobal dəyərlər hesab etdiyimiz söz azadlığının, insan hüquqlarının qorunması deyil, anti-azərbaycançı mərkəzlərin “inqilab qırğıları”nın qorunması və onların “qəhrəman” kimi cəmiyyətə təqdim olunmasıdır. Əlbəttə ki, onlar qəhrəman deyil, milli maraqlara zərbə vurmaq üçün yaradılmış xüsusi şəbəkədir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm