Nida Xəbər
Rusiya Qarabağı “dövlət” elan edən şəxsi müdafiə edəcək
“Rusiya Dağlıq Qarabağa səfər etdiyi üçün saxlanılan
Aleksandr Lapişinin azad olunmasına çalışacaq”.
Publika.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri
Sergey Lavrov 2016-cı ilin yekunlarına dair keçirdiyi mətbuat
kofnransında deyib.
Qeyd edək ki, ayrı-ayrı ölkələrin vətəndaşlığına mənsub olan
A.Lapişin haqqında Azərbaycan tərəfindən cinayət işi açılıb.
Lapişin Belarusda saxlanılıb, onun Azərbaycana ekstradisiyası
nəzərdə tutulur.
Azərbaycanın Baş prokurorluğunun yaydığı məlumata görə, Aleksandr
Lapşin Ermənistan Silahlı qüvvələri tərəfındən Azərbaycan
Respublikasının işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə
qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək “Azərbaycan
Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında”
Azərbaycan Respublikası Qanunlarının tələblərini kobud surətdə
pozmaqla Azərbaycan Respublikasının mühafizə olunan dövlət
sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış
məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin
oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub. O, qanunsuz
rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet
sosial şəbəkəsində özünə məxsus “http//puerrtto.livejournal.com”
səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və
Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd
etməklə, həmçinin, 6 aprel və 29 iyun 2016-cı il tarixli
müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət
göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycan
Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün
parçalanmasına yönələn açıq çağırışlar edib.
A.Lapşının hərəkətlərində dövlət əleyhinə yönələn açıq
çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin
tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır cinayətlərə
dair işlər üzrə istintaq idarəsində fakta görə Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn
açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət
sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlayıb
və barəsində dövlətlərarası axtarış elan edilib.
Asif
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA