İlham Əliyevdən KVN tapşırığı: Nazirliklər TƏNQİD EDİLDİ
Bizi izləyin

Nida Xəbər

İlham Əliyevdən KVN tapşırığı: Nazirliklər TƏNQİD EDİLDİ

İlham Əliyevdən KVN tapşırığı

"Bir neçə gündür ölkə mətbuatında Dağlıq Qarabağın KVN komandalarının beynəlxalq festivalın iştirakçılarının siyahısından çıxarılması ilə bağlı atılan addımlar haqqında məlumatlar yayılır".

Publika.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Facebook" səhifəsindəki hesabında yazıb.

O, sözlərinə belə davam edib: “Amma nazirliklər bu addımları ölkə başçısının tapşırığından sonra atdıqlarını qeyd etsəydilər, onda ədalətli olardı”.

Xatırladaq ki, “KVN” Beynəlxalq İttifaqı və “AMİK” televiziya yaradıcılıq birliyi Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim adından fəaliyyət göstərən “С хлебом и солью” və “DeleYaman” KVN komandalarını yanvarın 10-23-də Soçidə keçirilən 28-ci Beynəlxalq KVN festivalına dəvət edib.

Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi və Gənclər və İdman Nazirliyi etiraz bəyanatı verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm