Nida Xəbər
Araz Əlizadə: “Səhv edirsiniz, Lavrov Qarabağla bağlı elə söz deməyib”
Rusiya xarici işlər naziri Sergey Lavrovun “Dağlıq
Qarabağ münaqişəsi Azərbaycanın daxili məsələsi deyil” açıqlaması
Bakı və Moskva arasında gərginliyə səbəb oldu. Dünəndən etibarən
həm rəsmi, həm də ictimai səviyyədə Lavrova etirazlar
səsləndirilib.
Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri, Milli
Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr
komitəsinin üzvü Araz Əlizadə isə S.Lavrovun belə demədiyini iddia
edib.
Publika.az-a açıqlamasında A.Əlizadə deyib ki, o, Lavrovun
mətbuat kofnransına canlı şəkildə qulaq asıb:
“Lavrov “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın daxili işi
deyil” sözünü demədi. Dedi ki, işğal olunmuş Azərbaycan torpaqları
əlbəttə ki, azad olunmalıdır, lakin müharibə yolu ilə yox. Çünki
Rusiya atəşkəsin qarantıdır. Bu məsələni sülh yolu ilə həll
edilməməsinin səbəbi də Minsk qrupunun həmsədrləri arasında fikir
ayrılığının olmasıdır. Bu sözlər hara, siz dedikləriniz hara”.
“Bəs, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Lavrovun
demədiyi sözlərə cavab verdi” sualına cavabında Milli Məclisin
deputatı “Ya mən düz qulaq asmamışam, ya da yazan düz yazmayıb”
deyə bildirib.
Münaqişənin həllinə gəlincə, A.Əlizadə hesab edir ki,
yeganə yol müharibədir:
“Müharibə ilə işğal edilən torpaqlar sülhlə qaytarılmayacaq.
Dünyada elə bir təcrübə yoxdur. Bunun ən eybəcər nümunəsi Fələstin
məsələsidir. Nə Rusiya, nə ABŞ, nə də Fransa bu münaqişənin həll
olunmasını istəmirlər Çünki onlar bu münaqişədən Azərbaycana qarşı
təzyiq kimi istifadə edirlər”.
A.Əlizadə 1991-ci ildə “Vətən müharibəsi” modelini təklif
etdiyini qeyd edib:
“Yəni Azərbaycanda bütün siyasi qurumlar buraxılır, Müdafiə
Şurası yaradılır, hər kəs müharibəyə köklənir və düşmənə qarşı
döyüş aparılır. O vaxt bu edilmədi. Bu gün isə Azərbaycanın güclü
ordusu var və ordumuz ərazi bütövlüyümüzü bərpa etmək gücünə
malikdir. Heç kimə fikir verməməli və müharibəyə başlamalıyıq”.
Asif
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama