Yevda Abramov: “Onların “iynəsini” lazımi səviyyədə vururam”
Bizi izləyin

Nida Xəbər

Yevda Abramov: “Onların “iynəsini” lazımi səviyyədə vururam”

"Əsas məqsəd də onların yalan məlumatlara uymamamasıdır”.

“Azərbaycandakı tolerantlılıq, taleyüklü məsələlər, Dağlıq Qarabağ, soyqırıma məruz qalmağımızla bağlı məsələlələr barədə yəhudi diaspora nümayəndələrini yerindəcə məlumatlandırıram. Deyirəm ki, sizə xaricdə bunlarla bağlı səhv məlumatlar verilir. Ən real və doğru məlumatları bizdən alın. Çünki biz faktla danışırıq”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı millət vəkili Yevda Abramov bildirib.

Deputat onları kiçik Azərbaycan qəsəbəsində 3 sinaqoqun, məscidin, kilsənin fəaliyyətilə yerindəcə tanış etdiyini söyləyib:

Y.Abramov deyib ki, Azərbaycan həqiqətlərinin dünya çatdırılmasında Milli Məclisin İnsan haqları komitəsi əlindən gələni edir:

“Bu istiqamətdə xeyli işlər görülüb. Misal üçün, Azərbaycan Prezidenti xaricdən ölkəmizə gələn beynəlxalq yəhudi diaspora nümayəndələri ilə görüşdən sonra onları Qubaya göndərir ki, burada ölkəmizdəki tolerantlılıq nümunəsi ilə yaxından tanış olsunlar. Qubaya gələn xarici nümayəndələri də təbii olaraq, azlıqların nümayəndəsi kimi mən qarşılayıram və onların “iynəsini” lazımı səviyyədə vururam. Bundan əlavə, onları xalqımızın soyqırıma məruz qalaması ilə bağlı yerə aparıram və onlara yetrindəcə faktlar göstərirəm. Soyqırımı Muzeyi ilə tanış edirəm. Bu baxımdan da mən onlara lazım olan “novokoini” və digər “iynələr” vururam. Əsas məqsəd də onların yalan məlumatlara uymamamasıdır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm