Bahar Muradova: “Həmsədrlərin fəaliyyəti zahirən fəal görünsə də, nəticə yoxdur”
Bizi izləyin

Nida Xəbər

Bahar Muradova: “Həmsədrlərin fəaliyyəti zahirən fəal görünsə də, nəticə yoxdur”

"Azərbaycan müəyyən proqnozların özünü doğrultmadığını görür"

“ATƏT-in Minsk Qrupunun həmsədrləri bir qayda olaraq, bölgəyə çoxsaylı səfərlər edirlər, sosial şəbəkələrdə məsələyə münasibət bildirir, açıqlamalar verirlər. Bu məsələ zahirən çox fəal görünür. Amma nəticə yoxdur”.

Publika.az xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında bildirib.

B.Muradova deyib ki, Azərbaycanın hər bir zaman Dağlıq Qarabağ münaqişəsinin həllinin nəticəsiz qalmasından narahatlığını dilə gətirib:

“Əlbəttə ki, biz ATƏT-in Minsk Qrupu həmsədrlərinin qeyri-fəal olduğunu heç zaman söyləməmişik. Ancaq biz onun nəticələri ilə bağlı narahatlığımızı ifadə etmişik ki, bu da ədalətli mövqedir”.

B.Muradova qeyd edib ki, Azərbaycan müəyyən proqnozların özünü doğrultmadığını görür:

“Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə çalışmaq lazımdır. Bir qayda olaraq, Minsk Qrupunun həmsədrləri buna çağırış edirlər, amma ortada konkret nəticə yoxdur. Fəaliyyətdə olan sədrlər belə çağırışların real əmələ çevrilməsi ilə bağlı fikirlərini bölüşsəydilər, biz ona münasibət bildirə bilərdik. Amma ümumi olaraq, “fəal olacağıq, bu məsələni gündəlikdə saxlamağa çalışacağıq, bu məsələ həll olunmalıdır” kimi çağırışlar fəaliyyətdə olan sədrin üzərinə qoyulan öhdəlikləri yerinə yetirəcəyinə inamı formalaşdırır”.

Vitse-spiker ATƏT-in hazırkı sədri Sebastyan Kurtsun Dağlıq Qarabağ münaqişəsinin həllində fəal olacağı ilə bağlı fikirlərinə şübhə etmədiyini də bildirib:

“ATƏT-in hazırkı sədri, Avstriyanın xarici işlər naziri Sebastyan Kurts Dağlıq Qarabağ münaqişəsinin həllində fəal olacaqlarını bəyan edib. Biz buna şübhə etmirik. Ancaq bu fəallıq məsələnin ədalətli həllinə gətirib çıxaracaqmı?! Bizi bu məsələ düşündürür”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm