Akademik: “20 Yanvar tariximizin ən şanlı səhifələrindən biridir”
Bizi izləyin

Nida Xəbər

Akademik: “20 Yanvar tariximizin ən şanlı səhifələrindən biridir”

"Sabah Azərbaycan xalqı 20 Yanvarı onu sevənlərlə, öz dostları ilə birgə qeyd edəcək, xatırlayacaq".

Milli Məclisin qarşıdan gələn 2017-ci il yaz ssesiyası ilə bağlı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 20 Yanvar faciəsi qurbanları anılıb.

Publika.az xəbər verir ki, iclasda çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə Azərbaycan xalqının tarixində həm şanlı, həm də qanlı günlərin olduğunu bildirib:

“Bu şanlı, həm də qanlı günlərdən, qəhrəmanlıq səhifələrindən biri də 20 Yanvar faciəsidir. Sabah Azərbaycan xalqı 20 Yanvarı onu sevənlərlə, öz dostları ilə birgə qeyd edəcək, xatırlayacaq. 20 Yanvar tariximizin ən şanlı səhifələrindən biridir. Eyni zamanda, 20 yanvar xalqımızın milli azadlıq hərəkatının tarixində ən mühüm hadisələrimizdəndir. Bunu da həmişə belə dəyərləndiririk. Odur ki, 20 Yanvar hadisələrində Azərbaycanın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizə Allahdan rəhmət diləyir, xalqımıza isə başsağlığı veririk”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm