"Bu kitablar məzhəblərarası qarşıdurmaya gətirib çıxara bilər" - Mübariz Qurbanlı
Bizi izləyin

Nida Xəbər

"Bu kitablar məzhəblərarası qarşıdurmaya gətirib çıxara bilər" - Mübariz Qurbanlı

Azərbaycanda nəşr olunan və Azərbaycana gətirilən kitablar rəy alındıqdan sonra yayıla bilər.

Azərbaycanda nəşr olunan və Azərbaycana gətirilən kitablar rəy alındıqdan sonra yayıla bilər.

Publika.az-ın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, Azərbaycanda “Dini etiqad azadlığı haqqında” qanun var və bu qanuna əsasən, Azərbaycanda nəşr olunan, Azərbaycana gətirilən dini məmulatlar, o cümlədən kitablar rəy alındıqdan sonra yayıla bilər: "Bir sıra nəşrlər və xaricdə çap olunmuş kitablar var ki, bu kitablarda məzhəblərarası, təriqətlərarası qarşıdurmanı təşviq edən və yaxud buna çağıran fikirlər öz əksini tapıb. Bu cür kitabların Azərbaycanda nəşri və yayılmasını məqsədəuyğun hesab etmirik. Çünki bu cür kitabların yayılması ölkədə məzhəblərarası qarşıdurmanın təşviqinə və təbliğinə gətirə çıxara bilər".

Komitə sədri əlavə edib ki, dünyanın əksər ölkələrində bu cür kitabların yayılması ilə əlaqədar məhdudiyyətlər var və bu da həm beynəlxalq hüquq normalarına, həm də ölkələrin qanunlarına uyğundur: "Xüsusilə ölkənin təhlükəsizliyi ilə bağlı məsələlərdə bunu nəzərə almaq lazımdır. Biz görürük ki, dini radikalizmi təşviq və təbliğ edənlər var və onlara qarşı mübarizədə bu sahə də özünü göstərir. Bizdə bununla bağlı xüsusi qrup var və bu məsələnin üzərində işləyir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm