Nida Xəbər
20 Yanvar faciəsi Filippin mediasında
Filippinin “Manila Standard” qəzeti, İndoneziyanın “TEMPO” xəbər portalı, “Miraj” islam xəbər agentliyi və “Bogor Today” qəzetində 20 Yanvar faciəsi haqqında xəbər və məqalələr dərc edilib.
Filippinin “Manila Standard” qəzetinin yazdığı “Azərbaycanlılar “Qara Yanvarı” anır” başlıqlı xəbərdə qeyd edilir ki, 27 il öncə Sovet ordusu Bakıda dinc əhaliyə hücum etmişdir. Azərbaycanın Ombudsmanı Elmira Süleymanovaya istinadən bildirilir ki, bu unudulmaz qırğın insanlığa qarşı törədilmiş cinayətdir və hər il bu tarixdə biz yalnız kədərimizi deyil, eyni zamanda şəhidlərimizi, həmrəyliyimizi və ölkənin bütövlüyü uğrunda vuruşan insanlarımızın qürur və şərəfini uca tuturuq.
Daha sonra xəbərdə faciə haqqında daha ətraflı məlumat yer alır və vurğulanır ki, bütün bu hücumlara baxmayaraq, azərbaycanlıların iradəsi sınmamış, əksinə olaraq azadlıqları uğrunda daha da böyük ruh yüksəkliyi ilə mübarizə aparmış və 1991-ci ildə müstəqilliklərinə yenidən qovuşmuşdurlar.
Xəbərin yekununda bildirilir ki, 1993-cü ildə Heydər Əliyev
Prezidentlik səlahiyyətlərinə başladıqdan sonra xüsusi Fərman
imzalayaraq, ölkə Parlamentinə 20 yanvar tarixinin “Milli Matəm
Günü” elan edilməsi haqqında tapşırıq verir və bununla da, ölkədə
hər il bu tarix matəm günü olaraq anılır.
İndoneziyanın “TEMPO” xəbər portalının dərc etdiyi məqalə “20
yanvar” qırğını ilə bağlı bir sıra maraqlı suallar ortaya qoyur və
məsələnin əslini oxuculara çatdırmağa çalışır. Qeyd edilir ki,
sovet ordusunun Bakıya havadan, dənizdən və qurudan hücum edərək
yenidən işğal etməsinə və dinc sakinlərin qətlinə əmr verərkən
Mixail Qorbaçovun ağlından nələr keçdiyini heç kim bilmir. Sovet
Ali Liderlərinin Bakıdakı qırğına haqq qazandırmaq məqsədi ilə guya
ermənilərin evakuasiyasına çalışdıqlarına dair verdikləri
bəyanatların hamısı böyük yalanlar idi. Necə olur ki, dinc və
günahsız sakinlərin qırğınına dair əmr vermiş bir şəxs 9 ay sonra
Nobel Sülh Mükafatına layiq görülür?. Sovet paytaxtı olan Moskva
Bakıda baş verən gerçək hadisələrə dair bütün xəbərləri beynəlxalq
ictimaiyyətdən gizlədirdi və bu məqsədlə bütün radio, televiziya,
hətta mətbuatı belə blok etmişdi. Nəhayət Qorbaçov 1995-ci il 27
aprel tarixində İstanbuldakı bəyanatında törətdiyi cinayəti etiraf
etdi və “20 yanvar” hadisəsini Azərbaycana qarşı törətdiyi ən böyük
səhvi adlandırdı.
“Miraj” İslam xəbər agentliyinin də dərc etdiyi məqalədə “20 yanvar” haqqında ətraflı bəhs edilir və Azərbaycan Respublikasının müstəqilliyi uğrunda keçdiyi yollardan söhbət açılır, həmçinin, Azərbaycan KİV-lərinin və vətəndaşlarının “20 yanvar” haqqında anlatdıqlarını sitat gətirir.
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO