Azərbaycandan Trampa xüsusi hədiyyə GÖNDƏRİLDİ - FOTOLAR
Bizi izləyin

Nida Xəbər

Azərbaycandan Trampa xüsusi hədiyyə GÖNDƏRİLDİ - FOTOLAR

Azərbaycandan Ağ Evə xüsusi hədiyyə getdi - FOTOLAR

Azərbaycanlı xalçaçı Dağlar Səfərov ABŞ-ın yeni seçilmiş 45-ci prezidenti Donald Trampın xalça üzərində portretini hazırlayıb.

Publika.az Lent.az-a istinadən bildirir ki, xalça bu gün Ağ Evə göndərilib.

Azərbaycanlı sənətkar D.Səfərov xalça üzərində noyabr ayından işlədiyini deyib. Bildirək ki, xalça yun materialından hazırlanıb.

D.Səfərov xalça ilə yanaşı Donald Trampa təbrik məktubu da göndərib. O məktubda vaxtilə ABŞ-ın eks prezidentləri Corc Buş, Barak Obamaya da məxsus xalça hazırladığını vurğulayıb.

D.Səfərov Trampı bir daha təbrik edərək ona can sağlığı arzu edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm