Azərbaycanlının Donald Trampa hədiyyə etdiyi xalçadakı ilmələrin SİRRİ
Bizi izləyin

Nida Xəbər

Azərbaycanlının Donald Trampa hədiyyə etdiyi xalçadakı ilmələrin SİRRİ

O xalçanın üzərində Trampın ilmələrinin vurulması həm də xüsusi mesaj daşıyır.

II Dünya müharibəsindən, Hitlerin ölümündən 73 il keçsə də, nasistlərin liderinin siyasi fəaliyyətinə, həyatına maraq azalmır. Milyonlarla insanın ölümünə səbəb olan nasistin arvadının lüt şəkillərinin yayılması isə ötən həftə gündəmə bomba kimi düşdü. Eva Braunun fotoları duş qəbul edərkən, gimnastika ilə məşğul olarkən çəkilib. 73 il sonra günümüzə gəlib çıxan fotolarda Eva Hitlerin papağını tamamilə yerə soxur. Hətta bu fotolar günümüzün standartlarını da tapdalayıb keçir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Dünyaya hökm etmək istəyən Hitler axı hansı kişilikdən danışa bilərdi?! Çox irəli getsəydi, Evanın fotolarını çıxarıb atırsan qabağına, “necə kişisən, arvadının fotoları əl-əl gəzir” söhbətini vurursan üzünə, nasistlərin tanrı hesab etdiyi adamı çırpırsan göydən yerə. Əslində müharibəni dayandırmağın yeganə yolu bu idi. Görünür, 73 il qabaq Hitlerin qabağına azərbaycanlı çıxmayıb. SSRİ-nin başına Stalini gətirmişdilər, onun da işi-gücü Kremldə oturub əmrlər vermək olub. Özündən sonra miras qoyduğu isə Kris Evans kimi nəvədir. ABŞ-da yaşayan Kris sosial mediada əlisilahlı fotolarını paylaşaraq, məşhurlaşıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Amma II Dünya müharibəsi zamanı SSRİ-nin rəhbərliyində azərbaycanlı olsaydı, Hitleri bir söhbətdə susdurar, bütün qırğınların qabağını kəsərdi.

Bütün bunlar 70 il öncədə qaldı, indi bütün diqqət ABŞ-ın yeni prezidenti Donald Trampın nə edəcəyinə kəsilib. İki gün öncə and içərək, Ağ Evə daşındı. Dünyanın gələcəyi haqqında narahatlıq davam edir, hətta yeni müharibələrin ola biləcəyi ehtimalı böyükdür. Bütün bunların arasında azərbaycanlı xalçaçı Dağlar Səfərovun Trampa hədiyyəsi elə-belə məsələ deyildi. D.Səfərov xalçanın üzərində Trampın fotosunu həkk edərək, təbrik məktubu ilə birgə Ağ Evə göndərib. Bu bizim dostluq ənənələrimizdən irəli gəlir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Amma o xalçanın üzərində Trampın ilmələrinin vurulması həm də xüsusi mesaj daşıyır.


“Səni ilmə-ilmə toxuyar, ilmə-ilmə sökərik”.

Şəxsən mən bu mesajı belə oxuyuram. Çünki Azərbaycanın ABŞ-dan çəkdikləri artıq yetər! İndiyə kimi Qarabağ kimi məsələni kənara qoyub, bizə necə yaşamağı öyrətməyə cəhd etmədilərmi?! Problemimizi beynəlxalq aləmə çıxaranda, bizə başqa havalar oxumadılarmı?! Erməniləri bəsləyib qoltuqlarına qarpız vermədilərmi?! Artıq yetər.

İndi meydan bizimdir: ya Qarabağ, ya da... xalça məsələsi.


Göydən başımıza qızıl yağsa da, əl çəkən deyilik.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Oxumağa davam et
Reklam
Reklam

Gündəm