Nida Xəbər
ABŞ kəşfiyyatı Azərbaycandakı nüvə silahı və SSRİ-nin dağılması haqda - - FOTO
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) bir milyona yaxın məxfi sənədi ictimailəşdirib. Onlarla ilkin tanışlıq göstərir ki, MKİ-nin zəngin arxivində SSRİ-nin dağılması ərəfəsində o vaxtkı sovet Azərbaycanının həyatına dair də məxfi sənədlər var.
Publika.az virtualaz.org-a istinadən bildirir ki, CIA-RDP99-01448R000401660042-6 nömrəli həmin sənədlərdən biri 31 may 1991-ci il tarixində qeydə alınıb. Bu sənəd əslində "The Washington Times" qəzetində SSRİ-də nüvə silahının vəziyyət haqqında MKİ-nin rəhbəri postundan gedən Uilyam Uebsterin mülahizələrinin yer aldığı məqalədən ibarətdir.
Məqalədə deyilir ki, Uilyam Uebster Kreml rəhbərliyinin öz nüvə silahı üzərində tam nəzarətə malik olmaması ehtimalından narahatlığını bildirib. "Biz onu müşahidə edə bilərik ki, onlar özlərinə, artıq əvvəllər olduğu kimi, əmin deyillər. Bu, öz növbəsində, bizim etibarımızın səviyyəsini aşağı salır... Onlar indi raketlərin düşmən əllərə düşməməsi üçün özlərinə vacib olan tədbirlərlə bağlı variantlar üzərində işləyirlər", - deyə məqalədə MKİ direktorundan sitat gətirilir.
Uebsterin sözlərini əsaslandırmaq üçün məqalə maraqlı fakta istinad edir. Vurğulanır ki, 1990-cı ilin fevralında Sovet qoşunları Azərbaycanın paytaxtı Bakı yaxınlığındakı nüvə silahı anbarının müdafiəsi üçün çağırılmışdı. O anbar ki, Amerika rəsmi şəxslərinin sözlərinə görə, silahlı üsyançılar tərəfindən tutulmuşdu.
Məqalə müəllifi, yenə Amerikanın rəsmi şəxslərinə istinadən əlavə edib ki, insidentin nəticəsi olaraq Sovet İttifaqı nüvə silahını Orta Asiya və Baltikyanı respublikaların qeyri-stabil rayonlarından çıxararaq daha təhlükəsiz regionlara köçürüb.
Məqalədə həmçinin deyilir ki, MKİ direktoru jurnalistlərin "SSRİ yaxın bir neçə ildə dağıla bilərmi?" sualına cavabında bildirib: "Bu hadisə bu və ya digər formada artıq bu ilin sonunda baş verə bilər".
Xatırladaq ki, məqalə 1991-ci ilin mayında dərc edilmişdi. SSRİ isə həmin ilin dekabrında artıq mövcudluğunu dayandırdı.
Başqa sözlə, SSRİ-nin dağılması Amerika rəhbərliyi üçün o qədər də gözlənilməz olmadı.
-
Nida Xəbər 17:37
AMEA-nın nəzdindəki muzey nazirliyə verildi
-
Nida Xəbər 17:13
Baş nazir bu qaydaları təsdiqlədi
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı