Nida Xəbər
AŞPA-nın qış sessiyası bu tarixdə başlayacaq
Yanvarın 23-dən 27-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası keçiriləcək.
Publika.az xəbər verir ki, sessiyada Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, bu təşkilatda Azərbaycanın daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılığı ilə deputat qrupu iştirak edəcək.
Sessiyada Türkiyədə və Ukraynada demokratik təsisatların fəaliyyəti, Suriyada vəziyyət və onun qonşu ölkələrə təsiri, eləcə də Livanda vəziyyət, regional sabitlik, Avropada təhlükəsizlik çağırışları və Qəzzada humanitar böhran kimi mövzular müzakirə olunacaq.
Eyni zamanda, Avropada jurnalistlərə və mətbuat azadlığına qarşı təhdidlər, internet media və jurnalist fəaliyyətində hesababtlılıq və çağırışlar, kiber ayrı-seçkilik və internet vasitəsilə nifrət çıxışlarına son qoyulması kimi mövzularda sessiyanın gündəliyinə daxil edilib. Assambleya, həmçinin ölkələr üzrə monitorinq mexanizmlərinin inkişafı məsələlərinə də diqqət yetirəcək.
Sessiyada Kiprin və Rumıniyanın prezidentləri, genişlənmə və Avropa qonşuluq siyasəti üzrə Avropa komissarı, Kiprin xarici işlər naziri çıxış edəcək, Avropa Şurasının baş katibinin qurumun fəaliyyəti barədə məruzəsi dinləniləcək.
Azərbaycan nümayəndə heyətinin üzvləri gündəlik məsələlərlə bağlı çıxış edərək fikirlərini bildirəcəklər.
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA