Trampdan ermənilərə gözlənilməz Qarabağ ZƏRBƏSİ: gələn kimi bunu etdi
Bizi izləyin

Nida Xəbər

Trampdan ermənilərə gözlənilməz Qarabağ ZƏRBƏSİ: gələn kimi bunu etdi

Belə demək mümkünsə, gələn kimi qapıları bağlayıb.

ABŞ-ın yeni prezidenti Donald Tramp bu ölkədəki erməni lobbisini qəbul etmir.

Publika.az
xəbər verir ki, bu barədə “1in.am” saytı yazıb.

ABŞ-da “California Currier” qəzetinin redaktoru Arut Sasunyan da təsdiqləyib ki, erməni lobbisinin bu günə qədər Trampla görüşmək təşəbbüsləri nəticəsiz qalıb: “Buna görə də Trampın Ermənistanla bağlı planları müəmmalı olaraq qalır”.

Sayt yazır ki, ABŞ-dakı erməni təşkilatları Trampla görüşərək, onun Ermənistan və Dağlıq Qarabağla bağlı mövqeyini anlamaq istəyir.

“Lakin onunla görüşmək cəhdləri alt-üst olur. Trampın inaqurasiyasından sonra onun erməni nümayəndələrini qəbul edəcəyi ehtimalı da kiçikdir. Belə demək mümkünsə, gələn kimi qapıları bağlayıb. Bizim yeganə ümidimiz odur ki, Trampın prezidentliyi dövründə Qarabağda sülh olacaq. Əks təqdirdə, Ermənistan üçün yaxşı gələcək görünmür”, - deyə qəzet yazıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm