Qarabağda yeni müharibə hazırlanır: Ermənistanın səfərbərlik PLANI
Bizi izləyin

Nida Xəbər

Qarabağda yeni müharibə hazırlanır: Ermənistanın səfərbərlik PLANI

“Dağlıq Qarabağda yeni müharibəyə hazırlıq aparılır”.

“Dağlıq Qarabağda yeni müharibəyə hazırlıq aparılır”.

Publika.az xəbər verir ki, bu iddia ilə erməni jurnalist Naira Ayrumyan “lragir” saytında yayımlanan məqaləsində çıxış edib.

Erməni jurnalist yazır ki, Azərbaycan ərazilərin azad olunması üçün güc yoluna əl ata bilər:

“Ermənistan hadisələrin bu cür inkişaf ssenarisinə ciddi şəkildə hazırlaşır. Diplomatik dildə bəyan edilib ki, istənilən güc tətbiqi danışıqların ləğv olunmasına və sıfırdan başlamasına səbəb ola bilər. Hakimiyyət daxildə müxtəlif qruplaşmalar hazırlayır. Bu qruplar müharibə haqqında danışır və Qarabağın əldən verilməməsi tezisini inkişaf etdirir. Sarkisyan da bəyan edir ki, onun prezidentliyi dövründə ərazilərin qaytarılması haqqında danışmaq yersizdir. Bütün bunlar Qarabağda yeni müharibənin hazırlandığını göstərir”.

Məqalədə qeyd olunur ki, Ermənistan hakimiyyətinin yaratdığı müqavimət qrupları əhalinin əhval-ruhiyyəsini qaldırmaq məqsədi daşıyır. Müharibə olacağı təqdirdə bu qruplar əhalinin səfərbər olunmasında iştirak edəcək. Görünür, İrəvan rejimi aprel müharibəsində düşdüyü vəziyyəti unuda bilmir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm