Nida Xəbər
Yaralı zabitimiz hiddətləndi: “Səbrimizi daşırsalar, ermənilərin bir alayını da...”
"Səbrimizi daşırsalar, ermənilərin bir taborunu,
alayını, müdafiə nazirini, əmr verənlərini gətirə
bilərik”.
Publika.az xəbər verir ki, bunu Ermənistanın
nəşini qaytarmadığı əsgər şəhidimiz Çingiz Qurbanovla bağlı Milli
Məclisin bəyanatına münasibət bildirərkən döyüş tapşırığını yerinə
yetirən zaman sağ ayağını və sol gözünü itirən kəşfiyyatçı baş
leytenant Kamil Musavi deyib.
O, beynəlxalq qurumların hər zaman olduğu kimi, bu dəfə də
işğalçıya tərəfkeşlik nümayiş etdirdiyini söyləyib:
"Onlar hər zaman ermənilərin tərəfində olublar. Əsgər şəhidimizin
nəşini qaytarmamaq Ermənistanın bir təxribatıdır. Bununla onlar
cəmiyyətimizdə, insanlar arasında çaxnaşma, ruh düşkünlüyü
yaratmağa və insanların dövlətə inamını qırmağa çalışırlar.
Ermənilər bilməlidir ki, biz bütün gerçəklikləri görürük. Onların
ordusunu belə qabağımıza qatıb, gətirməyə imkanımız, qüdrətimiz və
iradəmiz çatar. Lakin biz ermənilərdən fərqli olaraq, münaqişəni
sülh yolu ilə, öhdəliyə götürdüyümüz beynəlxalq hüquq normalarına
riayət etməklə, dünyanın dəstəyi ilə, leqal və humanist yolla həll
etməyi daha üstün tuturuq.
Təcavüzkarlar Azərbaycan torpaqlarına soxulub, əsgərlərimizə atəş
açır, meyitlərini girov saxlayır, əsirlərimizi qaytarmır və onlara
işgəncələr verirlər. Onlar bu cür iyrənc əməllərlə Azərbaycan
xalqını və dövlətini qıcıqlandırmaq istəyirlər. Xalqın içərisində
bədbin əhval-ruhiyyə yaratmağa çalışırlar. İnanıram ki, bunların
layiqincə cavabı veriləcək. Çox düzgün vurğulanır ki, biz bir
əsgərimizi onların nəinki generalına, hətta müdafiə nazirinə,
prezidentinə belə dəyişmərik. Söhbət odur ki, onlar vəziyyəti bizim
əlavə addımlar atmağımıza, döyüşmək məcburiyyətində qalmağımıza
gətirib çıxarmaq istəyirlər. Ermənilər bir dəfə bizi
qıcıqlandırmağa çalışdılar, aprel savaşlarında onların layiqli
cavabını verdik. İndi yenə təxribatlara əl atırlar. İnanıram ki,
buna qarşı da cənab prezidentimiz addım atacaq, çünki bu məsələ onu
da şəxsən diqqət mərkəzindədir. Söz sahibi olan ictimaiyyət
nümayəndələri, siyasətçilər, millət vəkilləri hər zaman
çıxışlarında deyirlər ki, bizim səbrimizi daşırmayın. Bunu həmişə
təkrarlayırıq. Görünür, Ermənistan və ermənilər canlarından
beziblər. Buna sadəcə belə ad qoymaq olar”.
Qeyd edək ki, Dekabrın 29-da Azərbaycan-Ermənistan sərhədində baş
verən təxribat zamanı nəşi Ermənistan tərəfdə saxlanılan əsgərimizə
qarşı göstərilən qeyri-insani münasibətlə əlaqədar Azərbaycan
Respublikası Milli Məclisinin İnsan hüquqları komitəsi beynəlxalq
təşkilatlara bəyanat ünvanlayıb. (Sherg.az)
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama
-
İdman12:20
Onun ilk çılpaq fotosessiyanın pulunu Maradona ödəyib - FOTOLAR